GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

Tarix: 6-10-2016, 22:57 Bölmə :Ölkə Baxış: 622
 Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

“Qərblə razılaşma” tezisinin arxasındakı gerçəklik; Yenilənmiş konstitusiya növbədənkənar prezident seçkisini qaçılmaz edir; şübhə yoxdur ki, Qərb Azərbaycanın gələcəyini İlham Əliyev hakimiyyətinin davam etməsində görür; dekabr ayının son ongünlüyündə erkən prezident seçkisinin keçirilməsi mümkündür; Milli Məclisin buraxılmasını zəruri edən səbəblər - FETÖ-dən oliqarxlaradək...
Sentyabrın 26-da keçirilən referendumda prezident İlham Əliyevin Azərbaycan Konstitusiyasına təklif etdiyi dəyişikliklər paketi qəbul edildi. Seçki Məcəlləsinin 138.1 və 138.4 maddəsinin tələbinə görə, referendumun yekun nəticələri ən geci oktyabrın 21-dək elan edilməlidir.

Seçki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə isə referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi səsvermə günündən ən geci 30 gün keçənədək MSK tərəfindən həyata keçirilməlidir. Məhz bundan sonra referendumun nəticələri qüvvəyə minəcək və ölkə yeni dəyişikliklər edilmiş konstitusiya ilə idarə olunmağa başlayacaq.

Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişiklərin, islahatların həyata keçiriləcəyi vurğulanır.

Referendumun nəticələri təsdiq olunub qüvvəyə mindikdən sonra islahatlar bütün istiqamətlərdə özünü göstərəcək. Açıqlamalarda və məlumatlarda qeyd edilir ki, bu ilin sonuna kimi ölkə idarəetməsində inqilabi səviyyədə dəyişikliklər, islahatların şahidi olacağıq.

 Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

Qərbin referendumdan sonra da sərgilədiyi mövqe-ABŞ Dövlət Departamentinin, Avropa Birliyinin və AŞ PA-nın səsvermənin nəticələrini birmənalı olaraq tanıması iqtidarla dərin bir anlaşma olduğu barədə öncədən yayılmış xəbərləri təsdiqlədi. Qərb referendumdan əvvəl də hakimiyyətə münasibətdə müxalifətin gözləntilərinə rəğmən, ehtiyatlı mövqe tutdu. Səsvermənin nəticələrinin tanınması isə bir daha təsdiq etdi ki, iqtidar “qəfil və gözlənilməz” hesab olunan dəyişiklilərin əsl məqsədini, prezident üsul-idarəsini möhkəmləndirəcək, iqtisadi və siyasi islahatlara isə ciddi yön verəcək yeni konstitusiyanı Qərblə razılaşma əsasında həyata keçirməyə üstünlük verib.

“Qərblə razılaşma” dedikdə, əlbəttə ki, masa arxasında dəyişdiriləcək maddələrin bir-bir nəzərdən keçirilməsi, saf-çürük edilməsi nəzərdə tutulmur. Artıq birmənalı söyləmək mümkündür ki, Qərb Azərbaycanın gələcəyini İlham Əliyev hakimiyyətinin davam etməsində görür. O da aydındır ki, Qərbin də hakimiyyətin siyasi idarəetmədə təklif etdiyi dəyişiklikləri və islahatları qəbul etməyəcək lüksu da yoxdur.

 Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

Bu səbəbdən “niyə hakimiyyətlə anlaşırlar” və ya “Qərb niyə konstitusiya dəyişikliklərinə qarşı çıxmadı” demoqojisi ciddi təhlilə əsaslanmır. Diqqət etsək görərik ki, prezident referendum ərəfəsi də, səsvermədən sonra da “Azərbaycanla diktə dili ilə danışmaq olmaz” bəyanatları verib. Bu həm də o deməkdir ki, Qərb ölkələri- ABŞ, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası kimi təsisatlar da bu gerçəyi qəbul ediblər və Azərbaycanla münasibətlər sistemi indi hədə və təhdid dili ilə deyil, razılaşma əsasında gerçəkləşir. “Qərblə razılaşma” tezisinin arxasındakı gerçəklik budur...

İddialara görə, Qərblə razılaşmanın ən mühüm bəndləri sırasında ölkədə geniş iqtisadi islahatların keçirilməsidir. İqtisadiyyatın liberallaşması, qeyri-neft sektorunun inkişafı strategiyası, iqtisadi azad zonaların yaradılması, tədricən hətta icra hakimiyyəti strukturlarının belə “ASAN-xidmət” modelinə keçirilməsi kimi inqilabi dəyişikliklər artıq başlayıb. Məlumatlara görə, iqtisadiyyatın bütün sahələrinə aid olan daha geniş proqram həyata keçiriləcək ki, bu da Azərbaycanda stabilliyi və inkişafı yaxın 10 ildə qarantiya edə biləcək. Regionda stabil və inkişaf etmiş Azərbaycan Qərbin də əsas istəyidir ki, bunun üçün də hiss edilə biləcək hər hansı maneə yoxdur. Bəzi qurumların hakimiyyətlə bağlı ara-sıra rast gəlinən sərt mövqeyinə gəlincə, bunlar siyasi və iqtisadi islahatları əngəlləyə biləcək səviyyədə deyil.

 Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

İqtisadi və siyasi islahatlar yeni prezident seçkilərini də gündəmə gətirib. Məlumdur ki, yeni konstitusiya dəyişikliyi ilə vitse-prezident, birinci vitse-prezident institutu təsis olunub və bu, yeni bir situasiya yaradıb. Azərbaycanda növbəti prezident seçkilərinə təxminən iki il müddət qalır. Təhlilçilərə görə, erkən prezident seçkilərini zəruri edən iki mühüm səbəb var. Birincisi, geniş islahatlar üçün mütləq ciddi kadr dəyişiklikləri olmalıdır.

Etimad limitini itirmiş məmurlarla keçid dövrü kimi ağır ola biləcək bir mərhələni adlamaq üçün yeni kadr potensialına böyük ehtiyac var. Yeni və köklü kadr islahatları üçün isə prezident seçkilərinə ehtiyac yaranır. Prezident məhz xalqdan aldığı növbəti dəstəkdən sonra Nazirlər Kabinetini buraxmalı, vitse-prezidentlər postuna təyinatlar aparmalıdır. İkinci səbəb islahatların əsas qarantı olan İlham Əliyevin 7 illik müddətinə prezidentliyinin rəsmiləşməsidir.

 Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

Yenilənmiş konstitusiya da növbədənkənar prezident seçkisini qaçılmaz edir. Çünki konstitusiyada “yeniləşmiş konstitusiya səlahiyyətləri indiki konstitusiya ilə seçilmiş prezidentə də şamil edilir” deyə, aralıq müddəa yoxdur ki, bu da erkən prezident seçkisinə zəmin yaradır. Sadalanan səbəblər isə həm hakimiyyət, həm Qərb üçün geçərlidir.

Ehtimal olunur ki, 2018-ci il prezident seçkiləri əsasən də iqtisadi islahatların ən pik dövrünə təsadüf edə bilər. Mümkündür ki, hakimiyyət həm də 2018-ci ildə regionda və dünyada baş verə biləcək siyasi kataklizmləri də proqnozlaşdıraraq erkən seçkiyə müsbət baxsın. İddialara görə, erkən seçkilər referendumun nəticələri rəsmən qüvvəyə mindikdən sonra təyin ediləcək. Hətta iddia olunur ki, dekabr ayının son ongünlüyündə erkən prezident seçkisinin keçirilməsi mümkündür.

 Ölkə yeni seçkilər ərəfəsində - prezident və parlament...

Prezident seçkisindən sonra Milli Məclisin buraxılacağı da iddialar sırasındadır. Bəzi ekspertlər Milli Məclisin buraxılması iddiasına əsas görmür. Ancaq yenə belə fikirlər səsləndirilir ki, yeni parlament seçkiləri FETÖ (“gülənçilər”) ilə də bağlı ola bilər. Türkiyə mənbələrindən sızan bilgilərə görə, hazırda Milli Məclisin tərkibində gülənçilərin olma ehtimalı yüksəkdir və hətta belə bir sıyahının Ankaradan Bakıya göndərildiyi də iddia olunur. Bu baxımdan, yeni parlament seçkilərinin olacağı barədə də versiyaların yaşamaq haqqı var. Hətta siyasi dəhlizlərdə yayılan söyləntilərə görə, növbədənkənar parlament seçkiləri mart ayında keçiriləcək və ölkə parlamenti yenilənəcək.

Parlamentin yenilənməsini zəruri edən daha bir səbəb iqtisadi islahatların başladığı zamanda daha çox peşəkarlardan ibarət çevik qanunverici orqanın formalaşdırılmasıdır. Ehtimal ki, yenilənmiş islahatçı komanda üçün yeni parlamentlə işləmək zərurəti də nəzərdən keçirilir. Onu da unutmaq olmaz ki, yaxın aylarda məhz oliqarxiyanın maddi maraqlarına toxuna biləcək qərarlar gündəmə gələcək və bu məsələdə parlamentin də xidmətinə ehtiyac yaranacaq. Azərbaycanı dünyanı bürüyən ağır iqtisadi böhrandan təlatümlərsiz keçirmək üçün həm də siyasi iradə lazımdır ki, bunu prezident İlham Əliyevdən yaxşı bacaran və yaxşı bilən yoxdur...

“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Referendumla bağlı təşviqat vaxtı azdır'

    'Referendumla bağlı təşviqat vaxtı azdır' ...

    28-07-2016, 19:18

  • 
  • MSK: “Prezident seçkisinin dəqiq tarixi avqustda müəyyənləşə bilər”

    MSK: “Prezident seçkisinin dəqiq tarixi avqustda ...

    4-07-2013, 14:07

  • 
  • Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini TƏSDİQLƏDİ

    Konstitusiya Məhkəməsi prezident seçkisinin ...

    19-10-2013, 11:48

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Konstitusiya Məhkəməsi seçkinin nəticəsini 14 günə təsdiqləyəcək

    Konstitusiya Məhkəməsi seçkinin nəticəsini 14 ...

    10-10-2013, 15:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu