Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "Red Bull Soapbox" yarışı keçirilib. Yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, "Red Bull Soapbox" yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.
Yarışmanın münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları daxildir. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirəcək. Digər bir meyar isə arabanın finişədək bütün maneələr dəf edərək çatdığı vaxtdır. Ən çox bal toplayan üç komanda qiymətli hədiyyələrin sahibi olacaq.
İlk "Red Bull Soapbox" yarışı 2000-ci ildə Belçikada təşkil edilib. O vaxtdan bəri bu yarış dünyanı fəth edərək 100-dən çox ölkədə keçirilib və böyük tamaşaçı rəğbəti qazanıb.
Sorğu
Yeni dizaynımız necədir?