Bakıda Filarmoniyanın yanında 15-cü döngədə bolidi ilə qəzaya uğramış Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikardo Day.Az-a bildirib ki, artıq hər şey qaydasındadır:
"Özüm də anlamadım ki, bu, necə baş verdi. Sizdə döngələr çox çətin və kəskindir. Bizim üçün bir az qeyri-adidir. Hazırda maşını təmir edirlər. Sabaha kimi o hazır olacaq. Ona görə də qoy azarkeşlər narahat olmasınlar".
Qeyd edək ki, "Red Bull Racing" komandasının pilotu Daniel Rikardo trekin 15-ci döngəsində dönmə əməliyyatını uğurla həyata keçirə bilməyib. Nəticədə onun idarə etdiyi bolid səddə dəyərək qəzaya uğrayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?