Xəbər verildiyi kimi, 07.10.2016-cı il tarixində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərini saxlayıblar. Bir neçə saatlıq söhbətdən sonra sərbəst buraxılan Şirin Cəfəri mətbuata verdiyi açıqlamasında bildirib ki, o, idarəyə qəzetdə dərc olunan yazılardan birinə aydınlıq gətirilmək üçün aparılıb.
Şirin Cəfərinin saxlanıldığı ərəfədə virtualaz.org saytı “Eldar Mahmudovun KİV-dəki daha bir agenti həbs olundu” başlıqlı informasiya yayaraq cənab Cəfərini Eldar Mahmudovun “agenti” kimi təqdim edib. Xatırladaq ki, buna qədər həmin sayt həbs olunan bütün KİV nümayəndələrinə eyni damğanı vurmaqla, Eldar Mahmudovu və onun cinayətlərini sığortalamağa cəhd edib. Belə ki, həbs olunan və ya saxlanılan TƏMİZ jurnalistlərə “Mahmudovun agenti” yazan Eynulla Fətullayev bununla Mahmudovun KİV-dəki həqiqi agentlərinin kimliyini gizlətməyə, başqa sözlə iz itirməyə çalışıb. Uzun illər Mahmudovla işlədiyi iddia olunan Eynulla Fətullayevin son dönəmlər eyni damğa ilə bütün saxlanılan və ya həbs olunan təmiz şəxsləri ittiham etməsi artıq ictimaiyyət arasında qeyri-ciddi qarşılanmaqla yanaşı, gələcək dönəmdə Mahmudovun mətbu dayaqlarının həbsi zamanı hakimiyyəti çıxılmaz vəziyyətə salacaq. Yəni həqiqi “agentlərin” həbsi zamanı artıq ölkə ictimaiyyəti bu xəbəri də Fətullayevin dezinformasiyalarının davamı kimi dəyərləndirəcək. Göründüyü kimi, özünü bütün publik çıxışlarda iqtidar yönlü, hakimiyyətin dəstəkçisi kimi göstərən Fətullayev, əslində xislətinə sadiq qalaraq yenə də xəyanətlə məşğuldur. Onu da qeyd edək ki, Fətullayevin “Eldar Mahmudovun KİV-dəki daha bir agenti həbs olundu” başlıqlı yazısından sonra Şirin Cəfərinin sərbəst buraxılmağı Daxili işlər Nazirliyinin normal fəaliyyətini də şübhə altına salıb. Hazırda sosial şəbəkələrdə Fətullayevin saytında yazılan yanlış məlumatın həqiqiliyinə inan kəsim Azərbaycan polisinin Eldar Mahmudovu qoruduğunu sətiraltı şəkildə büruzə verməkdədir. Görünən budur ki, özünü DTX-ya yaxın adam kimi təqdim etməyə çalışan Fətullayevin by dəfəki uydurması onun kimlərə xidmət etdiyini vaxtından tez ifşa edib. İndi növbə Fətullayevindir; yazsın və izah etsin görək Eldar Mahmudovun KİV-dəki daha bir “agenti” niyə sərbəst buraxıldı?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?