Bu gün saat 11 radələrində Xaçmaz şəhər məscidində Aşura günü ilə əlaqədar məscidə toplaşan dindarlarla polislər arasında ciddi qarşıdurma yaranıb. Bu haqda “Basta”ya hadisənin şahidi olmuş yerli sakin məlumat verib. Mənbə bildirir ki, qarşıdurmaya səbəb polisin məsciddə asılan qara bayraqları çıxartmağa cəhd etməsi olub. “Saat 11-də məscidə bir dəstə polis gəldi. Dəstəyə rayon polis şöbəsi rəisinin müavini Teymur Nöhbalayev rəhbərlik edirdi. Polislər bayraqları çıxartmaq istədilər. Amma möminlər buna imkan vermədi. Məscidin axundu Yaşar Rzayev polisin bu müdaxiləsinə etiraz etdi. Bundan sonra rəis müavini Teymur Möhbalayev axundun yaxasından yapışdı. Ciddi qarşıdurma yarandı. Məscidə gələn camaat polisin hərəkətlərinə etiraz etdilər. Buradakı qadınlar polisləri lənətlədi. Vəziyyətin pis olduğunu görən polislər məsciddən qaçmalı oldular. Dindarlar polisləri məsciddən qovdu”, – mənbə bildirir. Mənbə qeyd edir ki, bundan sonra məscidə yüzlərlə adam toplaşıb. “Əgər polis yenidən dini mərasimə müdaxilə edib, bayraqların çıxarılmasına cəhd edərsə, möminlər buna imkan verməyəcək”, – mənbə bildirir. DIN-ini Imanını tanımayan polislərə İmam Hüseynin cəddi qənim olsun. Amin.
Sorğu
Yeni dizaynımız necədir?