Bakının mərkəzində yerləşən gecə klubunda polislərlə müştərilər arasında kütləvi dava düşüb.
Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb. Hadisə ötən gecə Mikayıl Müşviq küçəsində yerləşən “502” gecə klubunda baş verib. Milli.az-a istinadən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dava ediblər.
Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər – N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?