Qobuda iş adamını güllələyən gənc: “Ayağını yerə qoyan kimi vurdum” Abşeron rayonunda iş adamının güllələnməsinin təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasovun odlu silahla qətlə yetirilmiş meyiti tapılıb. Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Tural Əlizadə tutulub. İstintaq hərəkətləri zamanı 25 yaşlı Tural Əlizadə əməlini etiraf edib və hadisəni necə törətdiyini danışıb: “Birinci gülləni buraxdım göyə. Sonra da yaxınlaşdım yanına, maşından ayağını yerə qoyan kimi vurdum”. Saxlanılan Tural Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb. Rayon polis idarəsindən verilən məlumata görə, hadisəyə tərəflər arasındakı şəxsi münaqişə səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?