Bakıda qətl hadisəsi baş verib. Nizami rayonunda qeydə alınan hadisə zamanı keçmiş polis işçisi güllələnib.
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Əzimzadə küçəsi 20 ünvanında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimova odlu silahdan atəş açıb. Yaralanan Nadir İbrahimovu güllə yarası ilə xəstəxanaya gətiriblər və orada dünyasını dəyişib.
Hadisəni şəxsi münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami RPİ 25-ci PB-yə gələrək təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?