“Hazırda Bakıda yağışlı hava şəraiti hökm sürür. Yollarda avtomobillərin sürüşmə ehtimalı var”.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
V.Əsədov havanın yağışlı olmasını nəzərə alaraq sürücülərə xəbardarlıq edib: “Yağışlı hava şəraitində avtomobil idarə edən sürücülər diqqətli olsun, sürət həddini minuma endirsin, ara məsafəsini normadan artıq saxlasınlar. Diqqəti yayındıra biləcək hərəkətlər edilməməlidir. Yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirməlidir. Əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır. Bu cür hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır”.
DYP polkovniki əlavə edib ki, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə etməlidirlər.
V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?