Bakının yol polisi paytaxtda müşahidə edilən qeyri-sabit, yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Milli.Az vasitəsilə sürücülərə müraciət edib:
"Sürücülərə tövsiyə edirik ki, avtomobili idarə edərkən mütləq meteoroloji şəraiti nəzərə alsınlar, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olsunlar, sürüşmə ehtimalı olduğundan maksimum dərəcədə əyləc sistemindən istifadə etməməyə və ara məsafəsini normadan artıq saxlamağa çalışsınlar, yola yalnız şüşəsiləni işlək olan avtomobillərlə çıxsınlar.
Sürücülər həm də belə havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməməli, əksinə, sürət həddini minimuma endirməli, eyni zamanda ətrafdakı insanları, piyadaları çirkli yağış suları ilə islatmamalıdırlar".
Bölmə rəisi əlavə edib ki, yaxşı olar ki, belə havalarda şəxsi avtomobillərdən az istifadə edilsin, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?