Bir neçə gün öncə sirkə turşusu içərək intihar edən Qubadlı köçkünü, 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova barədə xəbər vermişdi. İnterpress bildirir ki, intihar etmiş qadın şair Ramiz Rövşənin qohumu imiş.
Süsən Kazımova Ramiz Rövşənin xalası qızı olub. Mənbənin bildirdiyinə əsasən, şair qadının yas mərasimində də iştirak edib.
Xatırladaq ki, Süsən Kazımovanın 85 yaşlı həyat yoldaşı Xasay Bəşir oğlu Kazımov da arvadının ölümündən sonra intihara cəhd edib. O, elə həmin gün sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib, hazırda koma vəziyyətindədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?