GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yanan bina işi: BDU müəlliminin də həbsi təklif olundu

Yanan bina işi: BDU müəlliminin də həbsi təklif olundu

Tarix: 20-10-2016, 01:27 Bölmə :Ölkə Baxış: 504
Yanan bina işi: BDU müəlliminin də həbsi təklif olundu

Keçən il mayın 19-da Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı daha bir nəfərin həbsi istənilir.

Bu təkliflə həmin cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində araşdıran hakim Əfqan Hacıyev çıxış edib.

Söhbət, bu yanğına görə təqsirləndirilən 8 nəfərdən biri, lakin həbsdə olmayan Ağacavad Məmmədovdan gedir. O, BDU-nun müəllimi olmaqla yanaşı, həm də müqavilə əsasında Dərnəgül Boru Zavodunun laboratoriyasına rəhbərlik edib. Binaya vurulan poliuretan üzlüklərlə bağlı rəy verib.

Ağacavad Məmmədov oktyabrın 10-da akademik Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib. Ona görə bu iş üzrə oktyabrın 19-da keçirilən məhkəmə iclasında da iştirak etmirdi.

Bugünkü iclasda Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov məhkəməyə xəstəxananın arayışını təqdim edib. Arayışda göstərilib ki, o, infarktdan sonrakı kardioskleroz, şəkərli diabet, üçüncü tip ürək çatışmazlığı və s. xəstəliklərdən əziyyət çəkir.

“BİR NEÇƏ SAAT OTURA BİLMİR”

"Ağacavad Məmmədov sərbəst gəzə bilmir, heç bir neçə saat otura bilmir. O, xüsusi texniki vasitələrlə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya çatdırılıb. Ötən məhkəmə iclaslarından birində də vəziyyəti pisləşmiş, hakimin təşəbbüsü ilə məhkəməyə təcili yardım çağrılmışdı", – vəkil xatırladıb.

Müdafiəçi Ağacavad Məmmədovun tibbi ekspertizadan keçirilməsi, onun bu vəziyyətdə məhkəmə prosesində iştirak etmək iqtidarında olub-olmamasına dair rəy alınması barədə vəsatət qaldırıb.

Amma Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətin baxılmamış saxlanılmasına qərar verib. Qərarı da belə əsaslandırıb ki, xəstəxanadan verilən arayışa sadəcə, ştamp vurulub, möhür yoxdur.

Ardınca hakim Əfqan Hacıyev Ağacavad Məmmədov barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi, onun həbs olunması təklifini müzakirəyə çıxarıb: "Qəzənfər Novruzovun vəziyyəti ondan da ağırdır, amma həbsdədir. Təklif edirəm ki, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunsun. Gedib Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə oluna bilər".

“İNSANLIĞIN AYAQ ALTINA ALINMASI”

Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov bu təklifi "insanlığın ayaq altına atılması" kimi qiymətləndirib: "Siz mənim vəsatətimi nə vaxt müzakirə edəcəksiz, adam öləndən sonra? Bu təklif insanlığa qarşı biganəlikdi, insanlığın ayaq altına atılmasıdı. Bu təklifiniz sizin qərəzli, sifarişli mövqeyinizdən xəbər verir".

Digər vəkillər də hakimin təklifinə etiraz edib.

"Qanuna görə, adam üzrsüz səbəbdən məhkəməyə gəlmirsə, qətimkan tədbiri dəyişdirilib həbslə əvəz oluna bilər. Bu adam xəstəxanadadır və bunu təsdiqləyən rəsmi sənəd var. Əgər ştampla kifayətlənmirsinizsə, şübhəniz varsa, o zaman məhkəmə özü sorğu göndərib bir daha məsələni dəqiqləşdirə bilər. Cinayət-Prosessual Məcəlləni istədiyimiz yerə yönəldə bilmərik. Qanun şahdır, biz yox. Bu xəstə adamın barəsində həbs qərarının verilməsi həm də qəddar rəftarın nümayişi olacaq", – vəkillərdən İlhamə Həsənova bildirib.

Yanğın nəticəsində bacısını və qardaşını itirmiş zərərçəkmiş Feyzulla Bağırov da təklifin əleyhinə çıxıb: "Mən özüm də həkiməm, 35 ildir Təcili Tibbi Yardımda işləyirəm. Onun zahiri görkəmindən də bilinir ki, bu adam xəstədir. Həbs olunmasına etiraz edirəm".

Təqsirləndirilən şəxslər də təklifə etiraz ediblər.

“İNSANLARA YAZIĞINIZ GƏLSİN”

"Elmlər namizədi, heç bir günahı olmayan adamın bu yaşında gəlib burada dayanmasının özü ona zərbədir. İnanın, ona həbs xəbərini deyəndə elə orada dünyasını dəyişə bilər. Bu iş üzrə təqsirləndirilən şəxslərin sayı 11 nəfər idi. Sonra Xətai rayonundakı bina yanğını ilə əlaqədar üç nəfərin işini ayırdılar. Onlardan biri olan Hüsrətin ürəyi dözmədi, təcridxanada dünyasını dəyişdi. Ağacavad Məmmədov da eyni aqibəti yaşaya bilər. İnsanlara yazığınız gəlsin", – təqsirləndirilən şəxslərdən binanı üzləmiş və poliuretan üzlükləri istehsal etmiş "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov bildirib.

Amma müşavirədən sonra hakim fikrini dəyişib. Elan edib ki, hazırkı mərhələdə Ağacavad Məmmədovun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac görmədilər.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Xatırladaq ki, sözügedən yanğınla əlaqədar məhkəmə qarşısına çıxarılanlar arasında Ağacavad Məmmədov və Miryusif Mahmudovla yanaşı, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da var. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi

    Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi ...

    12-10-2016, 19:02

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58

  • 
  • BDU müəllimi vəfat etdi

    BDU müəllimi vəfat etdi ...

    27-07-2016, 12:07

  • 
  • Yanan binaya görə həbs olunan məmur öldü

    Yanan binaya görə həbs olunan məmur öldü ...

    14-07-2016, 12:12

  • 
  • Hakim nazirin dindirilməsini istəmədi

    Hakim nazirin dindirilməsini istəmədi ...

    6-05-2016, 01:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu