Mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin vəsatətlərinə baxılıb.
Bu haqda şairin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
İclas zamanı şairin vəkili vergilər naziri Fazil Məmmədovun və onun müavini olmuş, hazırda prezidentin köməkçisi Natiq Əmirovun məhkəməyə dəvət olunub şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Müşavirəyə gedən məhkəmə vəsatətləri təmin etməyib.
Proses mayın 11-də davam etdiriləcək.
Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etməkdə təqsirləndirilən şairə qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Saday Şəkərli isə ittihamı rədd edir və həbsini tənqidi məzmunlu «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə, Vergilər naziri Fazil Məmmədova minnətdarlıq etmişdi.
Saday Şəkərlinin həbsindən dərhal sonra, onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni saxlamaq mümkün olub.
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?