Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə həbs edilən müğənni Tunarın bacısı onun saxlanılmasından danışıb. O, açıqlamasında Müşərrəf Zeynalova mediada yayılan xəbərə belə münasibət bildirib: “Əslində yazıldığı kimi Tunar heç də polisə müqavimət göstərməyib. Bəli, onun avtomobili yol hərəkəti qaydalarını pozub və bu hadisə mayın 3-də baş verib. Şəhərdəki müşahidə kameralarında da bu, öz əksini tapıb. Həmin vaxt sükan arxasında Tunar yox, tanışlarımızdan biri olub. Üstündən bir gün sonra reyd zamanı polislər Tunarı saxlayıblar. O da qanunun tələblərinə uyğun olaraq izahat verib. Doğmaları olaraq ümid edirik ki, yaxın günlərdə polislər qardaşımın günahsız olduğunu təsdiqləyəcəklər və o sərbəst buraxılacaq”.
Sorğu
Yeni dizaynımız necədir?