Samir Mustafayevin öldürülməsi ilə bağlı mətbuatda yayılan məlumatın yalnış olduğunu Samir Mustafayev özü müxbirimizlə söhbətində təsdiqləyib. Əməkdaşımız onun qardaşı ilə də danışıb. Virtualaz.org saytının əməkdaşı ilə danışan Samir Mustafayev məlumatın yalan olduğunu və bu dezinformasiyanı yayanları məhkəməyə verəcəyini bildirdi. Daxili İşlər Nazirliyi mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov da açıqlamasında Samir Mustafayev adlı bir şəxsin qətlə yetirilməsi ilə bağlı məlumatı DİN-in saytında yerləşdirdiklərini, lakin onun müğənni olub-olmaması haqda heç bir məlumat qeyd etmədiklərini söylədi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?