“Gündəm xəbər”in ötən saylarında, əslən Qazaxın Aşağı Əskipara kəndindən olan 85 yaşlı şəhid atası, Əsgərov Məhəmmədəlinin ölkə başçısı İlham Əliyevə və digər aidiyyatı qurumlara müraciətini dərc etmişdik. Şəhid atası, Məhəmmədəli kişi müraciətində Qazaxda qaçqın və məcburi köçkünlərə tikilən evlərdən ona da verilməsini tələb edirdi.O bütün müraciətlərində kənd icra nümayənəsi İlqar İsayev və Qazax RİH-in 1-ci müavini Fərman Nağdəliyevdən şikayət edirdi. Oğlu Mərdan Əsgərov, Qazax rayonunun ərazi torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Mərhum president şəhid Mərdan Əsgərovu 09.11 1994-cü ildə “Azərbaycan Bayrağı”ordeni ilə təltif etmişdi. Oğlu Əsgərov Kəsəmən Məhəmmədəli oğlunun qəzetimizin elektron poçtuna göndərdiyi şikayət məktubundan məlum oldu ki, şəhid atası Əsgərov Məhəmmədəli və həyat yoldaşı, Əsgərova Güllü bu ilin sentyabr ayında, aralarında 10 gün fərq olmaqla, bu həyatdan nisgilli olaraq rəhmətə getdi.. Qazax rayon Aşağı Əskipara kənd sakini Kəsəmən Məhəmmədəli oğlu Əsgərovun prezidentə müraciətini olduğu kimi dərc edirik. Qeyd edək ki, Kəsəmən bəyin müraciətindən əvvəl bu mövzuda rəhmətlik atası da müraciət etmişdi- amma nə ömür vəfa etdi, nə də Qazax məmurları… Məhəmmədəli kişi, Aşağı Əskipara həsrəti ilə köçdü bu dünyadan. Müraciətdə deyilir: -“çox hörmətli prezident! Mənim qardaşım Mərdan Əsgərov 1992-ci il 14 iyunda kəndimiz işğal olunarkən son damla qanına qədər vuruşmuş, 20- yə qədər düşməni məhv edəndən sonar, özü də şəhid olmuşdu. Bunu qiymətləndirən mərhum prezident Heydər Əliyev qardaşımı 09.11. 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. Nə atam Məhəmmədəli Əsgərov, nə də anam Güllü Əsgərova şəhid ailəsi statusundan istifadə edə bilmədilər. Ağstafada qardaşımın evində məskunlaşdılar. Nə Ağstafada, nə də Qazaxda şəhid ailələri üçün tikilən binalarda onlara ev verilmədi. Ağstafada Qazax sakini olduqlarını bəhanə etdilər, Qazaxda isə sadəcə ev vermədilər. Guya qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş binalarda məskunlaşdıracaqdılar ki, bu zaman da atam və anamın ağır yataq xəstələri olması RİH- nin birinci müavini Fərman Nağdalıyevin və Aşağı Əskipara kənd icra nümayəndəsi İlqar İsayevin “işinə” yaradı. Sanki əvvəlcədən bilirdilər ki, qoca atam və anamın ölümü yaxınlaşıb. Hörmətli prezident, anam, və atam bu il dünyalarını dəyişdilər. İndi İlqar İsayev də, Fərman Nağdalıyev də rahat nəfəs alırlar. Onlar mərhum prezident Heydər Əliyevin fərmanını saya salmadılar. Onu bilirəm ki, daha ev məsələsi qapanıb. Amma Azərbaycan məmurları şəhid valideynlərinin ölümünü gözləməsini sinirmək olmur. Biz 7 qardaş olmuşuq və beşimiz Vətən uğrunda döyüşmüşük, birimiz də şəhid olub. İlqar İsayev özü müharibədə haradaydı, ya da Fərman Nağdalıyev hardaydı, məlum deyil. İnanıram ki, bu məktubdan sonra onlar haqda tədbir görüləcək.” Şakir Həsənsu
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?