Bakı şəhərinin müxtəlif küçələrində nəqliyyatın hərəkətini iflic edən tıxaclar, hər gün günün pik saatlarında (səhər saat 7.00-10.00 və axşam saat 16.30-20.00 ) insanların əsəblərini sıradan çıxarır. Yəni, hər kəs vaxtlı-vaxtında iş-güclərinə çata bilmirlər.Təcili tibbi yardımlar maşınları, avtobuslarda olan qocalar, qadınlar, azyaşlı uşaqlar, məktəbli sərnişinlər nə qədər əziyyət çəkirlər, onu o, bir Allah bilir. Bir sözlə, rəzalət baş alıb gedir. Yollarda, bəzi yerlərdə çəkilən mənasız piyada keçidi zolaqları və Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzlərinin sfetoforları sona qədər düzgün idarə edə bilməməsi üzündən, tıxaclar əmələ gəlir. Üstəgəl yagış suları və qarşıdan gələn soyuq qış ayları da, bütün bunlara səbəb olur. Ona görə də təklif edirəm ki, Bakı şəhərinin əsas yol kəsişmələrində yol polisi əməkdaşları günün pik saatlarında nəqliyyat vasitələrinin hərəkətini tənzimləsinlər. 1. Üzeyir Hacıbəyov- ŞövkəT Səfərəliyeva yol kəsişməsi 2. Rəşid Behbudov- Bakıxanov yol kəsişməsi 3. İnşaatçılar prospekt (Statistkanın qarşısı) 4. Səməd Vurgun -Həsən Əliyev yol kəsişməsi 5. Tbilisi prospekti- Şəfayət Mehdiyev və Həsən Əliyev yol kəsişməsi 6. Səməd Vurgun- Vaqif prospekti yol kəsişməsi 7. Süleyman Sani Axundov- Azadlıq pospekti yol kəsişməsi 8. Şövkət Məmmədova - Süleyman Sani Axundov yol kəsişməsi (Kəmalə Nərmin şadlıq sarayının yanı) 9. Rəşid Məmmədov – Xutorda yol kəsişməsi (Yeganə şadlıq sarayının qarşısı) 10.Hüseyn Seyidov- Mircəlal yol kəsişməsi (Tərlan şadlıq saraynın qarşısı) 11. Alı Mustafayev - Əbdülvahab Salamzadə yol kəsişməsi 12.Koroğlu Rəhimov küçəsində piyada keçid zolaqları yeraltı keçidlə əvəzlənməlidir 13. Mikayıl Əliyev- Rüstəm Rüstəmov yol kəsişməsi (Neolit şadlıq sarayının yanı) 14. Qara Qarayev prospekti, bazarın qarşısı 15. Atatürk prospekti- Cəfər Xəndan yol kəsişməsi 16.Aga Nemətulla - Təbriz yol kəsişməsi 17. Şəmsi Bədəlbəyli - Rəşid Behbudov yol kəsişməsi 18. 28 May - Rəşid Behbudov yol kəsişməsi 19. Afyəddin Cəlilov- Yusif Səfərov yol kəsişməsi ( Cavanşir körpüsü, keçmiş Qaqarin ) 20. Babək prospektİ- Yusif Səfərov yol kəsişməsi 21. Heydər Əliyev prospekti- Yusif Səfərov və Xətai prospektinə giriş hissəsi 22. Abbasmirzə Şərifzadə - Akim Abbasov yol kəsişməsi (Yasamal) 23. Əsəd Əhmədov- Dadaş Bünyadzadə yol kəsişməsi (Yasamal ra-nu, Bizim Marketin qarşısı) 24. Zərifə Əliyeva - Zeynalabdin Tagıyev yol kəsişməsi 25.Dram Teatrının qarşısı (Cəfər Cabbarlı - Mirzaga Əliyev kəsişməsi) 26. Avro Lisey (Rastrapoviç küçəsi) 27. Əhməd bəy Agaoğlu- Xətai prospekt kəsişməsi 28. Xocalı - Rəfili yol kəsişməsi (Katolik kilsənin arxası, Xətai metrosu) 29. Həsən bəy Zərdabi- Əbdülvahab Salamzadə (Qələbə meydanı) 30. 20-ci sahənin dairəsi ( Bayıldan sonra) 31.Badamdar yolu - Mikayıl Müşviq yol kəsişməsi 32 .Rəsulzadə qəsəbəsi - Baksol yol kəsişməsi 33.Biləcəri (Ag sarayın qarşısı) 34. Avtovağzal (Ozan petrolun qarşısı) 35. Əhməd Rəcəbli - Yusif Vəzir Çəmənzəminli yol kəsişməsi 36. Ziya Bünyadov- Azadlıq prospekti kəsişməsi 37. Nobel prospekti (kombinatın yanı, dairə) 38. Xırdalan- Sumqayıt yol kəsişməsi 39. Hüseynbala Əliyev - Pişəvəri kəsişməsi (Əcəmi metrosu) 40. Salatın Əsgərova - Azadlıq prospekti kəsişməsi (28 May metrosu, arxa tərəf) 41. İbrahimpaşa Dadaşov- Səttar Bəhlulzadə yol kəsişməsi Hörmətli Yol Polisi Xidməti İdarəsinin rəhbərliyi! Buyurun, qeyd olunan ünvanlarda günün pik saatlarında hərəkətin tənzimlənməsinə yardımçı olun ki, hər kəsə kömək edə biləsiniz. KXCP sədrinin müavini Xəzər Teyyublu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?