GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nəliyyat Nazirliyinin yol polisinə böyük şantajı

Nəliyyat Nazirliyinin yol polisinə böyük şantajı

Tarix: 14-11-2013, 10:43 Bölmə :Ölkə Baxış: 865
  Nəliyyat Nazirliyinin yol polisinə böyük şantajı
Ziya Məmmədovun işçisinin qisas əməliyyatı
DYP-nin cərimələdiyi NN-in İntellektual İdarəetmə Mərkəzinin rəisi işıqforların fəaliyyətini iflic etdirərək Bakıda böyük tıxaclar yaradır; Elnur Abdullayevin bu əməllərindən ölkə rəhbərliyinə şikayət oluna bilər

Nəqliyyat Nazirliyinin əməkdaşları ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) işçiləri arasında zaman-zaman ciddi münaqişələrin baş verməsi və problemlərin olması barədə indiyədək müxtəlif xəbərlər yayılıb. Həmin məlumatlarda bu qurumların əməkdaşlarının bir-birinə rəqib, bəzən isə düşmən gözü ilə baxdıqları iddia olunur. Bu problem Bakıda daha ciddidi.



Aldığımız son məlumatlarda isə vəziyyətin daha da kəskinləşdiyi və Nəqliyyat Nazirliyi əməkdaşlarının artıq BDYPİ-ni şantaj etdiyi ortaya qoyulur.

Bu barədə əməkdaşımıza baş verən hadisələr barədə kifayət qədər bilgisi olan şəxs məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda yol polisinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan bir avtomobili saxlayıblar. Həmin avtomobilin sürücüsü “QAİ” əməkdaşları ilə kobud davranıb və faktiki olaraq onlara tabe olmayıb, BDYPİ işçilərini təhqir edib. Həmin şəxs Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayevin sürücüsü olduğunu deyərək, onun idarə etdiyi avtomobilin saxlanılmasının “QAİ”yə baha başa gələcəyini bildirib. BDYPİ əməkdaşları isə nəzərdə tutulan qaydada ona cərimə balı və pul cəriməsi yazıblar. Məhz bu hadisədən sonra Nəqliyyat Nazirliyinin əməkdaşları ilə BDYPİ işçiləri arasında münasibətlər daha da gərginləşib.



Hazırda işıqforların tənzimlənməsinə nəzarəti həyata keçirən Nəqliyyat Nazirliyinin İntellektual İdaretmə Mərkəzinin rəhbəri günün müxtəlif saatlarında şəhərin ayrı-ayrı yerlərindəki işıqforların fəaliyyətinin pozulması barədə göstəriş verib. Bu barədə məlumatlı şəxsin bildirdiyinə görə, E.Abdullayevin bu göstərişindən sonra zaman-zaman şəhərin müxtəlif yerlərində işıqforlarda problemlər yaranır və onlara nəzarət Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin səlahiyyətində olduğundan yol polisləri buna müdaxilə edə bilmirlər. Nəticədə saatlarla sürən uzun tıxaclar yaranır və yol polisləri problemi aradan qaldırmaq üçün uzun müddət əmək sərf etməli olurlar.



Aldığımız məlumatda o da qeyd edilir ki, hər dəfə belə tıxaclar yarananda və xüsusən də ölkə rəhbərliyində təmsil olunan şəxslərdən kimlərsə uzun müddət tıxaclarda qalanda BDYPİ hədəfə gəlir və mütləq kimlərsə cəzalandırılır. Xəbərdə qeyd edilir ki, E.Abdullayevin rəhbəri olduğu idarənin “qisas əməliyyatı” nəticəsində bir neçə dəfə yüksək məmurlardan da tıxacda qalanlar olub və nəticədə BDYPİ-nin məsul işçiləri buna görə danlanıb. İşıqforların tənzimlənməsi səlahiyyəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin səlahiyyətində olsa da, yol hərəkəti qaydalarının tənzimlənməsinə BDYPİ məsul olduğundan bu sahədə yaranmış problemlərə görə qınaq hədəfinə məhz “DYP” çevrilir.

Bu sahədə baş verənlər barədə bizi məlumatlandıran şəxsin sözlərinə görə, hazırda Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən bir idarənin tıxac şantajına görə NN-lə BDYPİ arasındakı problemlər pikk həddə çatıb. E.Abdullayev nəqliyyat nazirinə və digər yüksək vəzifəli məmurlara güvənərək əməllərini davam etdirdiyindən BDYPİ baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək qərarına gəlib.



Qeyd edək ki, bu arada millət vəkili Çingiz Qənizadə də bu iki qurum arasında yaranmış problem barədə danışıb. Ç.Qənizadə avropa.info-ya bildirib ki, o özü də belə faktlarla rastlaşıb: “Mən dəfələrlə bunun şahidiyəm və məsələ ilə bağlı yol polsi ilə əlaqə saxlamışam. Onlar da bildiriblər ki, işıqforlarda yaranmış problem nəticəsində tıxacları aradan qaldıra bilmirlər. Yaranmış vəziyyətlə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə müraciət etmişəm də 2-3 saat ərzində tıxacları aradan qaldırmaq mümkün olmayıb. İşıqforlarda problemin aradan qaldırılmasına polis müdaxilə edə bilmədyindən bu məsələdə çətinlik çəkirlər”.

Ç.Qənizadə deyib ki, bu məsələ ilə bağlı nəqliyyat və daxili işlər nazirlərinə müraciət edəcək: “Əgər onlar öz aralarında problemin həlli yolunu tapa bilməzsə və səlahiyyət uğrunda mübarizə davam edərsə, o zaman prezidentə və baş nazirə müraciət edəcəyəm”.

Onun fikrincə, bu səlahiyyət yol polisinə verilməlidir: “Çünki məntiq də bunu tələb edir. Yol hərəkət qaydaları ilə yol polisi məşğul olur və səlahiyyət bu quruma verilərsə daha məqsədəuyğun olardı”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu