Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən Şuşa həbsxanasının görüntüləri yayılıb.
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasının görüntüləri bir erməni bloqqer tərəfindən çəkilib, – baku.ws xəbər verir.
Videodan görünür ki, həbsxanada məhbuslar üçün şərait çox acınacaqlı səviyyədədir. Həbsxana 1984-cü ildə təmir olunub. Məhbusların saxlanıldığı kameralarda bütün əşyalar sınıq-sökük vəziyyətdədir. Cəzaçəkmə müəssisəsində 350 məhbus saxlanılır. Azərbaycanlı girovların da bu həbsxanada saxlanıldığı bildirilir.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.
Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə “hökm” çıxarıb. Azərbaycan tərəfinin girovlarımızın təcili şəkildə azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı tələblərə hələ də əhəmiyyət verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?