Bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda jurnalistlər üçün təlimlər başlayıb.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, treninq başlamazdan əvvəl QMİ sədri A.Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və dini xadimlər jurnalistlərlə görüşüblər.
A.Paşazadə bu görüşün Azərbaycan tarixində bir ilk olduğunu qeyd edib:
"Bu o deməkdir ki, dövlətimiz dövlət-din münasibətlərinə xüsusi önəm verir. Azərbaycanda jurnalistlər ilə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməyib. Əlbəttə, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfədir ki, baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu təlimin də məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?