7 yaşlı Həsənli Nərmin Fuad qızı Leykoz xəstəliyindən əziyyət çəkir. Hazırda İstanbulda Göztəpə Medikalpark xəstəxanasındadır. Xəsətxanaya 21min dollar borcu var. Kimyaterapiyaya 55min, sümük iliyinin nəqli olsa əlavə 120 min dollar lazımdır. 30 minə yaxın vəsait yığılıb.
Nərminin yaxınlarının Asiya.info-ya verdiyi məlumata görə, sümük iliyinin nəqlindən öncə Nərminə Kimyaterapiya lazımdır. Bunun üçün lazım olan 55 min manatdan 30 minə yaxın pul yığılıb. Üstəlik xəstəxanaya olan 21min dollar borca görə, uşaq kimyaterapiya üçün xəstəxanadan buraxılmır. Bu da hər gün uşağın vəziyyətini pisləşdirir. Nərminin atası, imkanlı şəxslərdən qızının müaliəsi üçün yardım istəyir. Əgər lazım olan məbləğ yığılarsa, qızının sağalacağını bildiyi halda əli-qolu bağlı oturub gözləmək bir valideyn üçün dözülməz olduğunu anlamaq çətin deyil. Buna görə də, Nərminin bank hesabına hər kəs imkanı daxilində pul köçürərsə, bir uşağı ölümün pəncəsindən xilas etmək olar. Unutmayaq, heç kim gələcəkdə başına gələcək hadisədən sığortalanmayıb. Ona görə də bacardığımız qədər bir-birimizə əl tutaq, bir anlıq belə olsa, bizdən kömək istəyən şəxsin yerində hiss edək özümüzü. O zaman mütləq kömək etmək gücündə olduğumuzu anlayacağıq. Dama-dama göl olar deyib atalarımız. Hərəmiz müəyyən qədər pul köçürsək, bir uşaq ölümdən dönər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?