gundemxeber.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya bildirib ki, bu gün saat 09:20 radələrində bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.
Araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu olması müəyyən edilib.
Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılıb, gərginlik kəsilib və sərnişin qatarın altından çıxarılıb. N. Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb. O, sağ topuğundan xəsarət alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
N. Paşayev qeyd edib ki, hadisə səbəbindən qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?