Rövşən Ağayev öz feysbuk səhifəsində maraqlı bir büdcə məlumatına toxunub. O, sosial müdafiə köməkçi bölməsi üzrə xərclərə ayrılan 650 milyon manatın taleyinə aydınlıq gətirilməsini istəyib. İqtisadçı-ekspert qeyd edib ki, bu məsələ nə hökumətin parlamentə təqdim elədiyi büdcə sənədlərində, nə də Hesablama Palatasının büdcə rəyində aydınlaşdırılmayıb. “Sosial müdafiə köməkçi bölməsi üzrə xərclər 2016-cı ilin proqnoz göstərici ilə müqayisədə 2017-ci ildə 650 mln. manat azalıb. Bu azalmanın səbəbi nədir? Hansı konkret xərc maddələri ixtisar olunur? Hansı sosial müdafiə tədbirləri idi ki, 2016-cı ildə hökumət ora vəsait ayırırdı, amma 2017-də buna ehtiyac qalmadı? Heç bir sənəddə bu sualın cavabı yoxdur”, – deyə Rövşən Ağayev yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?