Tarif Şurasının son bahalaşma qərarından sonra hər kəs maaş və pensiyasının artırılmasını gözləyir
Lakin bu gözləntilərə baxmayaraq, Azərbaycanda mülki əlillik pensiyası alan şəxslər noyabr ayı üçün pensiyalarının 50 faizini ala biliblər.
Bu barədə məlumat verən Bakı sakinləri bildiriblər ki, ötən ayın pensiyası nə az nə çox, 7-8 gün gecikmədən sonra verilib: “Əvvəlki aylarda hər ayın 20-22-si aralığında pensiyamız hesabımıza keçirilirdi. Amma noyabr ayının pensiyası həmin ayın 30-u gecə saatlarında oturdu hesabımıza, özü də şokedici halda, pensiyamızın 50 faizi keçirilib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttindən məlumat öyrənə bilmirik, deyirlər ki, pensiyaların hamısı oturub, bizdə problem yoxdur. Halbuki biz pensiyamızın yarısını almışıq”.
Əməkdaşımızın araşdırması zamanı məlum oldu ki, bir qism əlillərə problemin Maliyyə Nazirliyindən qaynaqlandığı deyilib və bildirilib ki, yerdə qalan hissə də yaxın günlərdə bərpa olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?