Azərbaycanın şimal-qərbində Oğuz rayonunun Xaçmaz kəndində sosial-iqtisadi tələblərlə etiraz aksiyası keçirilib. Turan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 400-ə yaxın yerli sakin kənd icra hakimiyyətinin binası qarşısında toplaşıb. Onlar pis yollara, ağac kömürü istehsalının qadağan edilməsinə etiraz ediblər. Kəndlilər bu problemlərin həllini və təbii qazla təmin edilməyi tələb ediblər. Kənd hakimiyyətinin rəhbəri qarşıya qoyulmuş məsələlərə bağxmağı vəd edib. Eyni zamanda, kəndlilərə bildiriblər ki, 8 may saat 15.00-da rayon icra başçısı Xaçmaza gələcək və onlarla görüşəcək. Sakinlər qapalı məkanda deyil, açıq havada görüş keçirilməsini tələb edirlər ki, bütün arzu edənlər görüşdə iştirak edə bilsin. İnsanlar xəbərdarlıq ediblər ki, rayon başçısı ilə görüş baş tutmasa, problemlər də həllini tapmasa, onlar Qəbələ-Şəki avtomobil yolunu bağlayacaqlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?