İcra başçısı Vilyam Hacıyevin görmək istəmədiyi mənzərələri Xalqxeber.Az ortaya çıxardı. Ötən gün İmişli rayonu Qızılkənd kəndinin orta məktəbinin acınacaqlı durumu ilə bağlı yazı dərc etmişdik. Xalqxeber.Az saytı olaraq həmin məktəbdə təhsil almaq üçün şəraitin olmamasından, antisanitar vəziyyətdən və şagirdlərin bilik günü məktəbə qədəm qoya bilməməsindən söhbət açmışdıq. Hətta redaksiyamıza təqdim olunan fotolardan da aydın şəkildə görünürdü ki, Ulu Öndər Heydər Əliyevin portretləri çırkli və tozlu şəkildə saxlanılmaqla yanaşı dahi şəhsiyyətə bir-başa icra rəhbərliyi, xüsusəndə təhsil şöbəsi tərəfindən hörmətsizlik olunur. Bu gün isə redaksiyamıza təqdim olunan video görüntülərdən aydın olur ki, ötən gün Xalqxeber.Az saytında dərc olunan yazıdan sonra İmişli rayon icra hakimiyyətinin rəsmiləri yaman narahat olub və dərhal adı qeyd olunan kəndə gediblər. İcra hakimiyyətinin rəsmilərini məktəbin qarşısında qarşılayan kənd sakinləri aksiya keçirmək qərarına gəliblər və rəsmi şəxslərə etiraz ediblər. Hətta onlara bildiriblər ki, bu günə qədər görəsən icra başçısı harda idi. Ölkə mətbuatında yazı dərc olunandan sonra tez reaksiya verir. Kənd sakinlərinin Xalqxeber.Az-a bildirdiklərinə görə, orta məktəbin bərbad vəziyyətdə olması ilə bağlı dəfələrlə icra başçısı Vilyam Hacıyevi xəbərdar ediblər. Lakin icra başçısı hər dəfə onlara yalan vədlər verərək, onları aldadıb. Artıq icra başçısının yalanlarından bezən kənd sakinləri məsələni Prezident səviyyəsinə qaldırmaq qərarına gəliblər. Kənd camaatı imzatoplama kompaniyasına başlayıb və yaxın günlərdə ölkə rəhbərliyinə Vilyam Hacıyevin əməlləri ilə bağlı müraciət edəcəklər. Saytda gedən yazıdan sonra icra hakimiyyəti rəsmilərinin kəndə gəlişləri və onların insanların necə etiraz səsləri ilə qarşılaması ilə bağlı video görüntüləri sizlərə təqdim edirik: - See more at: http://xalqxeber.az/gundem/24552-mishlide-kend-camaati-ayaga-qalxdi-vdeo-fotolar.html#sthash.hUOTQ0En.dpuf
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?