Hacıqabul rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan sakini avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan həmin şəxs hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinə aparılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?