GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'

'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'

Tarix: 9-12-2016, 13:31 Bölmə :Ölkə Baxış: 450
'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'

«Baş Prokurorluğa rayonun təhsil şöbəsinin müdirinin qanunsuz əməllərindən şikayət yazmışam. Bir də baxıram ki, şikayəti elə təhsil şöbəsinin müdiri özü «araşdırır». İndi də məni məhkəməyə verib ki, guya şərəf və ləyaqətini təhqir etmişəm».
Astara rayon sakini Rəşad Həsənov bildirir ki, bu ilin yanvarında silahlı qüvvələrdən ehtiyata buraxılıb. Astaradakı məktəblərdən birinə hərbi müəllimliyə düzəlməkdən ötrü rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovaya müraciət edib. Deyir, təhsil şöbəsinin müdiri ondan rüşvət istəyib. O da müdirin hərəkətindən Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə məktubla müraciət edib. Ancaq deməsinə görə, məktub dolayısı ilə Q.Məmmədovanın özünə gəlib çıxıb. O da iş üçün müraciət edən və sonradan ondan şikayətçi düşən Rəşad Məmmədovu məhkəməyə verib.
«DİRƏNDİM Kİ, RÜŞVƏT VERMƏYƏCƏM»

R.Məmmədov danışır: «Məndən 3 min manat istədi. Dedi, həmin pulun 2 min manatı Təhsil Nazirliyinə, 500 manatı hərbi komissarlığa, 500 manatı da ona çatır. Dirəndim ki, rüşvət verməyəcəm. O da dedi, iş yoxdur. Mən də tənbəllik etməyib Qızbəs Məmmədovanın təhsil şöbəsinin müdiri işlədiyi dövrdə etdiyi qanunsuzluqlarla, mənimsəmələrlə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdim. İdarə məktubumu araşdırılmağa Q.Məmmədovaya göndərib. Mən başa düşə bilmirəm, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilən məktubu niyə barəsində şikayətçi olduğum təhsil şöbəsinin müdiri araşdırmalıdır ki? Bəs Korrupsiya ilə Mübarizə İdarəsinin işi nədən ibarətdir? Onun vəzifəsini niyə təhsil şöbəsinin müdiri yerinə yetirir?».
R.Həsənovun sözlərinə görə, Q.Məmmədovanın Astara rayon polis şöbəsində işləyən oğlu da ona təzyiq göstərir.
«GƏLSİN, MƏHKƏMƏDƏ SÜBUT ELƏSİN»

Qızbəs Məmmədova AzadlıqRadiosuna məsələyə münasibət bildirib:
- Rəşad Həsənova Şiyəkəran kənd məktəbində iş təklif olundu. Ancaq o, kənd məktəbində yox, rayondakı 5 saylı məktəbdə işləmək istədiyini bildirdi. Biz də həmin məktəbdə ona iş təklif etmişik. İndi də deyir, o məktəb təmayüllü olmadığından orda işləmək istəmir. Yəni bu qədər...
- Ancaq Siz ona iş təklif edən tarixə qədər artıq onu məhkəməyə vermişdiniz, eləmi?

- Düzdür, məhkəməyə vermişəm. Səbəb də odur ki, bəzi saytlarda barəmdə şər-böhtan dolu xəbərlər yazdırıb. Hamımız insanıq, hamımızın ailəsi, ətrafı var. Niyə məni olmayan məsələlərə görə şərləməlidir? Qərara gəldim və məhkəməyə verdim. Gəlsin, məhkəmədə dediklərini sübut eləsin.
- Rəşad Həsənov iddia edir ki, Siz onu işə götürməkdən ötrü 3 min manat rüşvət istəmisiniz.

- Yalandır. Kimin yanında istəmişəm? Hanı şahidi, sübutu? Elə həm də buna görə vermişəm məhkəməyə. Ümumiyyətlə, bizim təhsil şöbəsində nəinki Rəşad Həsənovdan, heç kəsdən indiyədək rüşvət istənilməyib və belə bir şey ola bilməz.
İŞ TƏKLİFLƏRİNİ RƏDD EDİR

Rəşad Həsənov da noyabrın 24-də ona Astara şəhər 5 saylı tam orta məktəbdə iş təklif olunduğunu, ancaq imtina etdiyini təsdiqləyir. Deməsinə görə, təhsil şöbəsinin müdiri ondan şikayətlərini dayandırsın deyə, az qala, hər gün ona iş təklifləri edir. O isə Q.Məmmədova barədə hüquqi tədbirlərin görülməsindən ötrü şikayətlərini sonadək davam etdirmək istədiyindən, iş təkliflərini rədd edir.
Noyabrın 16-da Astara rayon Məhkəməsində Qızbəs Məmmədovanın Rəşad Həsənova qarşı iddiası əsasında məhkəməyə hazırlıq iclası keçirilib. Dekabrın 14-də məhkəmə baxışı olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Quba rayon Təhsil şöbəsinin müdirinə qarşı korrupsiya cinayəti rəsmi təsdiqləndi

    Quba rayon Təhsil şöbəsinin müdirinə qarşı ...

    27-02-2014, 16:53

  • 
  • Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, torpaq alveri və icra başçısının qohumu

    Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, ...

    27-10-2016, 22:40

  • 
  • Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, torpaq alveri və icra başçısının qohumu

    Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, ...

    4-11-2016, 14:09

  • 
  • Astarada Qızbəs Məmmədovanın analoqu olmayan maxinasiyalları

    Astarada Qızbəs Məmmədovanın analoqu olmayan ...

    22-11-2016, 03:02

  • 
  • Təhsil şöbəsində əlbəyaxa dava – Sensasion rüşvət açıqlamaları

    Təhsil şöbəsində əlbəyaxa dava – Sensasion rüşvət ...

    13-10-2016, 22:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu