Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, torpaq alveri və icra başçısının qohumu
Rəşad Məmmədov artıq dərs saatlarından hər ay dövlətin on minlərini oğurlayır
Göyçaydan adının hallanmasını istəməyən bir qrup orta məktəb müəllimlərinin verdikləri məlumat əsasında rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədovun daha bir maxinasiyası üzə çıxıb. Məlumatda bildirilir ki, rayonda fəaliyyət göstərən orta məktəblərdə dərs deyən bir çox müəllimlərin adına saxta dərs saatları yazdırılaraq hər ay dövlətdən külli miqdarda vəsait oğurlanır. Belə ki, Təhsil şöbəsinin müdiri məktəb direktorları ilə əlbir olaraq penisiya yaşına az qalmış müəllimlərə həftəlik normadan çox dəsr saatı yazmaqla yaxşı qazanc yeri tapıb.
Mənbənin iddiasına görə xeyli sayda müəllim dərs saatından əziyyət çəkdikləri halda Rəşad Məmmədov özünə sərf edən şəxslərə istədiyi dərs saatını yazır. Təhsil şöbəsinin müdiri ay ərazində artıq dərs saatlarından ən azı 5 min manat qazanc əldə etdiyi deyilir. Artıq dərs saatlarından əldə olunan vəsaitin yarı hissəsi şöbə müdirinə yarı hissəsi isə məktəb direktorlarına çatır. Rayondakı mənbənin iddiasına görə təhsil şöbəsinin müdiri bir müddət əvvəl Bakı şəhərində oğluna mənzil alıb. Bu Rəşad Məmmədovun paytaxtda aldığı ikinci evidir. Görünən odur ki, təhsil şöbəsinin müdiri dövlətin vəsaitlərini oğurlamaqla özünə yaxşı cah-cəlal qurur.
Mənbə qeyd edir ki, Rəşad Məmmədov hər yerdə yeni icra başçısı Mehdi Səlimzadənin qohumu olduğunu və buna görədə ona heç kəsin toxuna bilməyəcyini açıq şəkildə deyir.
Bildirək ki, Rəşad Məmmədov ilk əvvəllər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Göyçay rayon şöbəsinin sədr müavini vəzifəsində işləyib. Daha sonra Göyçay İnternat məktəbinin direktoru və şəhər icra nümayəndəsi işləyib. Rəşad Məmmədov Göyçay şəhər internat məktəbin direktoru işlədiyi vaxt təhsil ocağının balansında olan torpaq sahələrini bir çox məmurlara sataraq yaxşı qazanc əldə edib. Şəhər icra nümayəndəsi işlədiyi dövrdə isə çoxlu sayda qanusuz işlərə əl ataraq imkanlarını genişləndirib. Əldə etdiyi gəlirlərdən doymayan Rəşad Məmmədov Mikayıl Cabbarovun təhsil şöbəsinin müdirini işdən azad etməsindən istifadə edərək həmin vaxtda icra başçısı olmuş Mübariz Ağayevə 100 min manat rüşvət verərərk şöbə müdiri təyin olunduğu deyilir.
Verdiyi rüşvəti artıqlaması ilə qazanan şöbə müdirinin görünür daha çox var-dövlət əldə etmək istəyi var. Bildirək ki, yaxın günlərdə Göyçay məktəblərində dərs deyən xeyli sayda müəllimin media vasitəsi ilə Təhsil naziri mikayıl Cabbarova Rəşad Məmmədovdan şikayət edəcəkləri deyilir.(azfakt.com) “Gündəm Xəbər” olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?