GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Əl çəkmək lazımdır bu korrupsiyadan…” – Həftənin sitatları

“Əl çəkmək lazımdır bu korrupsiyadan…” – Həftənin sitatları

Tarix: 12-12-2016, 20:00 Bölmə :Ölkə Baxış: 363
“Əl çəkmək lazımdır bu korrupsiyadan…” – Həftənin sitatları

Aslan ismayılov: “[Bahar Muradova], deyin görək aylıq 200 manat maaş alan müəllimin, həkimin və maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı “razmer”də olacaq?”

Hüseynbala Mirələmov: “Ayağını yorğanına görə uzat, azdı - az ye, çoxdu - çox ye. Adamlar var, çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlayır (qarnını göstərir). Yəni demək istəyirəm ki, çox yemək insanı tez qocaldır”.

Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Həqiqət budur ki, münaqişənin həlli ilə bağlı yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını istəsə, buna qısa zamanda nail ola bilər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Regionun inkişafı Türkiyənin nailiyyətlərindən asılıdır”.

ABŞ Dövlət katibi Con Kerri: “Hətta Hələb əldən getsə belə, bu, müharibənin sonu deyil. Yekun nəticədə Rusiya, Əsəd, iranlılar və digərləri anlamalıdırlar ki, burada fanatiklər, digər hərəkatlar, maraqlar var. Konfliktin başa çatmasını onlarla da həll etmək lazımdır”.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov : “Əgər dünyada (beynəlxalq münasibətlərdə) ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz. Çünki bu zaman "dəyərlər" təzyiq vasitəsi kimi istifadə edilir”.

Rusiyanın hərbi eksperti Pavel Felgenqauer: “Qafqazda vahid hərbi quplaşmanın yaradılması Rusiyanın hesabladığı uzun müddətli planın tərkib hissədir. Plan regionda keçmiş sovet sərhədlərini tam əhatə edərək Azərbaycan və Gürcüstanın da hərbi birliyə daxil edilməsini nəzərdə tutur”.

ADR hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu: “Təəssüf ki, ilin qəhrəmanı dollar oldu, çünki bütün nominasiyalarda manata üstün gəldi. Depozitlərin 80 faizindən çoxu dollarla formalaşdı, kredit qoyuluşlarında dollara üstünlük verildi. Hətta rüşvət və korrupsiyada da aparıcı valyuta vahidi dollar oldu. Dünyasında dollar görməyən adamlar bu il dolların nə olduğunu gördü, onun gücünü hiss etdi”.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil”.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Azərbaycan demokratik ölkədir və burada azadlığın sərhədləri çox genişdir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov: “Qara bazar”ın ləğvi heç də çətin deyil. “Qara bazar”da olan pul banklar vasitəsilə satılsa, vətəndaş onu qanuni, daha normal məzənnə ilə bankdan alar. Başqa sözlə, vətəndaşın “qara bazar”a getməməsi üçün şərait yaradılmalıdır”.

Deputat Yevda Abramov: “Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev...Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürülərin qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: “Azərbaycanda ilin qəhrəmanı əskinas deyil, onu müzakirə mövzusuna çevirmiş instansiya-Azərbaycan hakimiyyəti seçilməlidir. Cəmiyyətin son 2 ildə üzləşdiyi çətinliklər, təəccüblər, təəssüflər məhz anti-qəhrəman hesab edilən iqtidardır. Çünki il ərzində baş verənlər hakimiyyətin mənfilikləri ilə bağlı olub. Devalvasiya qədər, MTN və Rabitə nazirlikləri, Beynəlxalq Bank məhkəməsi, referendum, enerji daşıyıcı qiymətlərinin bahalanması və s. bu kimi mövzular hər bir azərbaycanlının evinə daxil olan mövzulardır. Bunları isə birləşdirən ünvan Azərbaycan iqtidarıdır”.

Vəkil Aslan ismayılov: “Bahar Muradova xəbərdarlıq edir ki, “hər kəs ayağını yorğanına görə uzatmalıdır”. Anladım. Onda deyin görək aylıq 200 manat maaş alan müəllimin, həkimin və maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı “razmer”də olacaq?”

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətininmətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev : “Bakı metropoliteni 1 sərnişini 54 qəpiyə daşıyır, 34 qəpik ziyana düşür”.

"Yeni Çağ” sayının baş redaktoru Aqil Ələsgər: “Sizə bir sirr açım. “Kolxoz” “Harvard Business School”da da oxusa da, “`Columbia University”də oxusa da, Bakıda da oxusa, elə “Kolxoz” dur. Azərbaycan harada səhv etdi? Xaricdən gələn bəzi “kolxoz”ları qurtarıcı sayıb, strateji məsələləri onlara etibar etdi”.

Müğənni Sevinc Musayeva: “Biri mikofon qaldırır, o biri çətinlikləri Allahın yox, sevgilisinin sayəsində aşdığını deyir. Digəri restoran müdirlərinin hesabına gündəmdə qalır, bəziləri də Hacıların hesabına şou-biznesdə at oynadırlar”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Vaxtında toylara atdığınız 100 dollarları saxlasaydınız, indi gör, nə olmuşdu...”

Millət vəkili Zahid Oruc: “Şəhid ailələrinə 220 manat təqaüd verilir. Qarabağ müharibəsi iştirakçıları ilə bağlı rəqəm 95 mindir. Bu rəqəmin bir hissəsi saxtadır, bu, bəllidir. Ya vəlvələdən, ya zəlzələdən belə olub. 95 min insan vuruşsaydı, müharibədə uduzmazdıq, bu, dəqiqdir. Amma bu insanların durumu ilə bağlı addımların atılmasına ehtiyac var”.

Yazar, jurnalist Kəramət Böyükçöl: “Ömür boyu kasıbçılıq içində yaşayan, axırda isə əsəbdən beyninə qan sızan yazıçı Eyvaz Əlləzoğlunun intihar eləyən həyat yoldaşı yadıma düşəndə gözlərim dolur. Necə olur ki, bu cəmiyyətdə yoxsulluqdan beyninə qan sızan yazıçının arvadı, yenə də yoxsulluğa və ərinin yoxluğuna dözə bilməyib intihar eləyir, üç övladı kimsəsiz qalır, amma Nadir Qafarzadə arvadının şərəfinə konsert verir, hər gün efirlərdə nə qədər pul qazanmağından danışır?”

Politoloq, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri: “Rusiya bu gün Cənubi Qafqazda, Azərbaycanda öz geosiyasi maraqlarını təmin etmək üçün Dağlıq Qarabağ problemindən sui-istifadə edir”.

Tanınmış jurnalist Azər Sarıyev: “Adam gərək gövdəsinə baxıb danışa, başqa yerinə yox”.

Federasiya Şurasının üzvü İqor Morozov: "Qarabağ münaqişəsi bu qədər uzun müddətə həll edilə bilməz, onun həllini uzatmaq mümkün deyil. Axı atəşkəs dövründə də orada adamlar ölür. İnsanların doğma ölkələrində sülh və əmin-amanlıq şəraitində yaşamaq və inkişaf etmək hüququ var”.

Jurnalist Pərvin Kazımoğlu: “Bu Beynəlxalq Bank bəla olub keçib həm millətin, həm hakimiyyətin boğazına. Biri gəlib 8 milyardı yoxa çıxartdı, o biri "qara bazar" yartdı. Bundan sonra gələndə yəqin bankın binasını-zadını satar. Onsuz da yeməyə bir şey qalmayıb”.

Yazar Saday Budaqlı: “Yazıçı öz yazısında səmimi olmasa ondan heç nə çıxmaz. Mən içimi açıb tökməyim ki, sabah haqqımda nəsə deyərlər, belə olmaz. İnsanın ürəyindən hər şey keçir, hər əclaflıqdan tutmuş yaxşılığa qədər. İnsanın böyüklüyü odur ki, o boyda əclaflığın içində yaxşı olmağı bacarıb.”

Millət vəkili Hüseynbala Mirələmov: “Ayağını yorğanına görə uzat, azdı - az ye, çoxdu - çox ye. Adamlar var, çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlayır (qarnını göstərir). Yəni demək istəyirəm ki, çox yemək insanı tez qocaldır”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Hər hansı problemin həllini onun dəyərini artırmaqla həll etmək heç də çıxış yolu deyil. Əgər bu üsul özünü praktikada doğrultsaydı, onda sivil dünyada hərə özünə bir monopolya yaradar və bir tərəfdən tarifləri artırar, o biri tərəfdən əmək haqları ona uyğunlaşdırılar və beləcə hamı şad-xürrəm həyat sürərdi. Əfsuslar ki, belə bir şey yoxdur. Neçə ki, iqtisadiyyatın əsas atributu – rəqabət bazarda özünə yer etməyib, istehlakçılar nə xidmətdə, nə qə qiymətdə özlərini rahat hiss etməyəcəklər”.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa: “Mən Azərbaycan qrammatikasını, orfoqrafiyasını və digər üslub variantlarını az-çox bilirəm. Fikirlərimi kifayət qədər açıq ifadə edirəm. Hökumət eşitmirsə, bu, mənim problemim deyil”.

Jurnalist Tural ismayılov: “Dünyada ən gözəl şair və yazarlar sevir...”

Politoloq Elxan Şahinoğlu: “Dağlıq Qarabağda başlanacaq növbəti müharibədə Ermənistan Rusiyadan tam hərbi yardım alacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov: “Rusiya Qarabağ məsələsində özünü hər zaman Ermənistanın yanında aparıb və onları himayə edib”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Həyatımızda biri var... Çox uzaqlarda məsafəcə... Amma çox yaxın ruhən...Qəlbimizdə... Əlimizin istiliyini ürəyimizin üzərinə qoyub isitdiyimiz, dualarda yaşatdığımız biri... Gözlərimizdəki sevincimiz, göz yaşımızdakı günahlarımız, birlikdə bu hissləri yaşadığımız...Bax onu qoruyun...”

Yazar, jurnalist Kəramət Böyükçöl: “Necə olur ki, Azərbaycanda bir mənzil dörd şair arasında bölünür, amma Nadir Qafarzadənin dörd milyon dollarlıq bağ evi var? Necə olur ki, Adil Mirseyid müalicəsi üçün pul tapa bilmir, dünyasını dəyişir, amma Nadir Qafarzadənin itinin qiyməti beş min manatdı?”

"Yeni Çağ” sayının baş redaktoru Aqil Ələsgər: “Onlar da ``kolxoz”məntiqi ilə nə qədər yararlı kadr var, bir şəkildə ``torba”sını tikməkdən və xaricdə onlara “abi”lik edənlərə xeyir verməkdən başqa bir iş görmədilər. İtirən isə Azərbaycandır. Dövlət xərcləri azaltmaq istəyirsə, buna Elnur Aslanovun ``kolxozunu - SAM-ı bağlamaqla başlaya bilər... Ayrı-ayrı ekspertlər onsuz da bu dövlətin xidmətindədirlər, bunun üçün iki inəyin arpasını bölə bilməyənləri və ABŞ-da, İngiltərədə `”qız tutanları” vəzifə sahibi etmək lazım deyil. Buraxın, gedib pizzalarını yesinlər...”

Politoloq Azər Qasımlı: “Əgər sistemdə korrupsiya varsa və siyasi sistem korrupsiya üzərində qurulubsa, və buna qarşı mübarizə aparmırsansa, hər bir halda bu korrupsiya olacaq”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı: “Azərbaycandan Ermənistana, Ermənistandan Azərbaycana səfərlərin təşkil olunması, hüquq müdafiəçilərinin birgə mövqe açıqlaması erməni mərkəzlərindən idarə olunan prosesinin tərkib hissəsidir”.

Yazar jurnalist Xalid Kazımlı: “İmzasını qəzet oxuyan hər kəsin tanıdığı veteran qəzetçilər işə-evə ictimai nəqliyyatla gedib-gəldikləri halda, yazıları və imzaları olmayan, sadəcə, özlərini müstəntiq kimi aparmağı bacaran “jurnalistlər” bahalı ciplərdə gəzirdilər. Belə olurdu ki, onları bizə nümunə göstərirdilər, deyirdilər, odey, jurnalist onun kimi olar, evi, maşını, bağı, hər şeyi var. Gerçəkdən də onların hər şeyi var idi. İndi məlum olur ki, yaxşı əlaqələri, “day-day”ları da olub və ölkəni öz tırtılının altına almış korrupsiya maşınının bir vintciyinə çevriliblər və özlərinə Azərbaycansayağı gün-güzəran da qurublar. Onların yeganə çatışmayan şeyi təhlükəsizliklərinə dair təminat idi və bu gün o şəxslər onun olmamasının əziyyətini çəkirlər”.

Yazar Araz Bayramov: “Bir ölkə düşünün ki, dövlətin insanların sağlamlığı ilə bağlı heç bir sosial layihəsi yoxdur. Nə sığortası var, nə güzəşti, nə də xüsusi qruplar üçün endirimi. Müalicə üçün getdiyimiz xəstəxanalarda tibbi xidmətin adı pulsuz, özü pulludur. Üstəlik, bu tibbi xidmət də ürəkaçan deyil. Ölkəmizdəki həkimlərə güvənməyib İrana müalicəyə gedən böyük bir xəstə kütləsi var”.

Vəkil Aslan ismayılov: “300 “üzən” manata qənaət etməklə 5 nəfərdən ibarət ailəni saxlamaq yollarını göstərən Bahar xanımın namizədliyini iqtisad nominasiyasında Nobel mükafatına şəxsən özüm irəli sürəcəm.”

Yazar, jurnalist Kəramət Böyükçöl: “Niyə Nadir Qafarzadələr bu cəmiyyətdə həmişə xoşbəxt olur, amma Adil Mirseyidlər, Şaiq Vəlilər, Eyvaz Əlləzoğlular iynəylə gor eşə-eşə yaşayır, axırda isə ürəkləri partlayır, sonra da unudulub gedirlər? Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?”

Jurnalist Sevinc Telmanqızı: “İndi ölkəmizdə toy mövsümü başlanıb. Hər ailənin evində minimum 5-6 dəvətnamə var yaxın bir-iki ay üçün. Bahalıq bir tərəfdən, bu mükəlləfiyyət xarakterli mərasimlər də o biri tərəfdən. Onsuz da çətindir, barı biz bir-birimizin həyatını çətinləşdirməyək... Nəfəslik açın bir-birinizə. Komplekslərdən qurtulun, özünüz də rahatlaşın, başqalarına da dinclik verin...”

Tanınmış jurnalist Azər Sarıyev: “Deməli, 123 999 peyğəmbəri yetirən millət kafir imiş, bir peyğımbərin çıxdığı xalq isə təqvalı. Gözəl e, gözəl!”.

Gülyanaq İSMAYILQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı məsələ qaldıracaq

    Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı ...

    3-09-2014, 12:45

  • 
  • Bahar Muradova: "Azərbaycan demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurlara qısa müddətdə nail olub"

    Bahar Muradova: "Azərbaycan demokratik ...

    16-06-2016, 12:23

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02

  • 
  • “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”

    “Suriya erməniləri Azərbaycanın işğal altındakı ...

    16-05-2014, 11:07

  • 
  • Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng etdi

    Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng ...

    13-09-2016, 13:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu