gundemxeber.az-ın APA-ya məlumatına görə, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də "kriptorxizm" diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?