Qəndin içindən sim çıxıb. Hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsinə baş verib.
gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, qəsəbədə yerləşən mağazaların birindən alınan qəndin içərisindən paslı sim çıxıb.
Şölə Fərəcova deyir ki, kiloqramla satıldığı üçün qəndin üzərində istehsalçı şirkət haqqında heç bir məlumat qeyd edilməyib.
Buna bənzər başqa bir hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Böyükxanım Cəbrayılovanın aldığı çörəyin içərisindən ip çıxıb.
Şikayətçi dərhal çörəyin alındığı mağazaya üz tutub. Ancaq mağazadan çörəyin bişirildiyi ünvan qadına səhv deyilib.
Hüquqşunaslar deyirlər ki, hər iki faktda istehlakçıların hüquqları pozulub. Çünkü istehlakçıların ani diqqətsizliyi böyük faciəyə səbəb ola bilər. Belə hallarla qarşılaşanlar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 çağrı mərkəzinə və ya 012 498 15 01, 012 498 15 04 nömrələrinə müraciət edə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?