Qanun pozuntusuna yol verən şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq
İqtisadiyyat 300 kq-a yaxın yararsız mal satışdan çıxarılıb. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib. ANS PRESS-in İİN-nin rəsmi saytına istinadla verdiyi məlumata görə, qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Nazirlik istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələrini xahiş edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?