GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Tarix: 14-12-2016, 22:50 Bölmə :Ölkə Baxış: 551
BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Hər bir ölkənin iqtisadi təhlükəsizliyi ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Bu baxımdan ərzaq məhsulları ilə ölkənin özünü tam təmin etməsi, tələbatın yerli istehsal hesabına ödənilməsi bugün qarşıda duran ən vacib hədəflərdən biridir. Əhalinin qida rasionunda əsas yerlərdən birini tutan quş əti və yumurta istehsalının da daxili tələbat hesabına ödənilməsi əhəmiyyətlidir. Ona görə də ölkədə quşçuluğun inkişafı ökə rəhbərliyinin də daim diqqət mərkəzində olub.

Dövlət quşçuluğu inkişaf etdirmək istəyir, ancaq…

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda quşçuluğun inkişafına xüsusi diqqqət ayrılması tapşırılıb. Dövlət başçısı tərəfindən konfransda quşçuluğun inkişafı, quş əti və yumurta istehsalının artırılması, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac potensialının əldə edilməsi barədə tapşırıqlar verilib.

Bu tapşırığa uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan artıq güzəştli kredit verilib. Ancaq bu sahədə idxaldan asılılıq hələ də aradan qaldırılmayıb.

Buna görə də, noyabrın 3-də (2016) Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə bəzi ərzaq məhsulları ilə yanaşı, toyuq əti və yumurtalarına da yüksək gömrük idxal rüsumlarının tətbiq olunması qərara alınıb. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Hansı ki, əvəllər bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi…

Ancaq əlavə tədbirlər görülməzsə, bu qərarın da ciddi nəticə verəcəyini söyləmək çətindir.

Azərbaycan özünü quş əti və yumurta ilə necə faiz təmin edir?

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Belə ki, rəsmi qurumların açıqlamalarından belə məlum olur ki, Azərbaycanın özünü quş əti və yumurta ilə təminetmə səviyyəsi 100 faizə yaxındır. 2015-ci ilə aid olan rəsmi statistikaya əsasən, Azərbaycan özünü quş əti ilə 98,6 faiz, yumurta ilə isə 99,7 faiz təmin edə bilir. 2010-cu ildə yumurta ilə təminetmə 98 faiz təşkil edib.

Hətta Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Beynəlxalq Quşçular Forumunda bildirib ki, intensiv inkişaf sayəsində ölkə 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir.

Ancaq bu məhsullara əhalinin tələbatı, idxalla bağlı rəsmi rəqəmlər, eləcə də quşçuluq təsərrüfatlarının xaricdən aldığı yumurta ilə bağlı müxtəlif mənbələrdən daxil olan məlumatlar bunu təkzib edir. Quş əti ilə bağlı araşdırmanı sonraya saxlayaraq, konkret yumurta idxalı ilə bağlı faktlara, saytımıza verilən məlumatlara toxunmaq istərdik.

Ekspertlərin apardığı hesablamalar göstərir ki, ölkə əhalisinin yumurtaya tələbatı 2 milyard 600 milyon ədəd təşkil edir. Belə ki, kənd təsərrüfatı ekspertlərinin hesablamalarına görə, adambaşına illik yumurta norması 280 ədəd olduğu halda, ölkədə adambaşına 160 ədəd yumurta istehsal olunur ki, bu da normanın 55 faizi qədərdir.

Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Ötən illər ərzində ölkədə təxminən 1,1- 1.3 milyard ədəd yumurta istehsal edilib. Son bir-iki ildə bu rəqəm bir qədər yüksəlib. Belə ki, rəsmi statistikya görə, 2014-cü ildə respublikada 1,5 milyard ədəd (703.3 mln ədədi sənaye üsulu ilə), ötən il 1,6 milyard, bu ilin 9 ayında isə 1,2 milyard yumurta istehsal edilib. Bu da tələbatın 50-60 faizi səviyyəsindədir. Tələbatın qalan hissəsinin isə idxal hesabına ödənildiyini söyləmək olar.

İdxal rəqəmləri həqiqəti əks etdirirmi: 160 milyon hara, 46 milyon hara?

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Ancaq idxalla bağlı rəqəmlər ölkədə yumurta qıtlığının olduğu təsəvvürünü yaradır. Belə ki, rəsmi rəqəmlərə görə, 2010-cu ildə ölkəyə 25,73 milyon ədəd, 2013-cü ildə 46 milyon 183 min ədəd, ötən il 5,33 milyon ədəd, bu ilin yanvar-sentyabr aylarında isə 37 milyon ədəd yumurta gətirilib. Ölkədə heç vaxt yumurta qıtlığı olmadığından və idxal statistikasındakı belə ziq-zaqlar bu rəqəmlərin həqiqəti əks etdirdiyinə şübhə yaradır.

Qeyd olunan rəqəmlər nəinki ölkəyə idxal olunan ərzaq, hətta damazlıq yumurtanın belə sayının xeyli altında qalır. Bunu quşçuluq təsərrüfatlarının özlərinin təqdim etdiyi rəqəmlər əsasında aparılan hesablamalar da göstərir. Belə ki, müddət əvvəl respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının təqdim etdiyi rəqəmlər əsasında aparılan hesablamalar gösərirdi ki, ölkədə yalnız damazlıq yumurtaya olan tələbat 60 milyon ədəd təşkil edib. Quşçuluq təsərrüfatları bunun da 28 milyon ədədini yerli istehsal, 32 milyon ədədini isə idxal hesabına ödədiklərini bildiriblər.

Ölkəyə il ərzində, təxminən, 70 milyon damazlıq yumurta idxal edilir

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Ancaq ekspertlərin araşdırmaları nəticəsində bu rəqəmin də həqiqəti tam əks etdirmədiyi, son illərdə ölkəyə il ərzində azı 50 milyon ədəd mayalanmış (damazlıq) yumurta idxal olunduğu müəyyənləşdirilib.
“AzPolitika” isə dəqiqləşdirib ki, hazırda bu rəqəm, təxminən, 70 milyona çatıb. Məlumata görə, son illər ümumilikdə ölkəyə il ərzində təxminən 150 milyon yumurta idxal edilir ki, bunun da 70 milyonunu damazlıq yumurtalar təşkil edir. İdxalı həyata keçirən isə əsasən quşçuluq təsərrüfatlarıdır.

Qeyd edək ki, hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 45-60 qəpik arasında dəyişir. Hətta daha keyfiyyətli damazlıq yumurtanın qiyməti 80 qəpiyə, 1 manata qədər yüksəlir. Bu isə hər il damazlıq yumurta idxalı üçün milyonlarla dollar valyutanın xaricə axmasına səbəb olur. Uzun illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu sahəyə ayrılan pullardan səmərəli istifadə olunmaması, yerli damazlıq təsərrüfatlarının inkişaf etdirilməməsi ölkədən hər il 10 milyonlarla valyutanın xaricə axmasına yol açır.

Yumurta üçün xaricə axan milyonlardan ermənilərə də pay çatır!

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Daha dəhşətli fakt isə odur ki, xaricə axan bu 10 milyonlardan erməni iş adamlarına da əhəmiyyətli pay çatır! Belə ki, Azərbaycana damazlıq yumurta Türkiyə, Çeхiya, Bolqarıstan, Hollandiya və İrandan gətirilir. Həm yaxın, həm də daha ucuz olduğu üçün quşçuluq təsərrüfatları üstünlüyü əsasən Türkiyə və İrana verirlər. Türkiyədə hazırda keyfiyyətli damazlıq yumurta 50-55 qəpiyə alınır.

Türkiyədə Azərbaycanın broyler şirkətlərini damazlıq yumurta və cücə ilə təchiz edən əsas şirkətin 2 ortağı isə ermənidir. Söhbət “Emre Piliç Gida Sənaye və Ticarət Limited” şirkətindən (qısaca olaraq “Emre Piliç”.) gedir. Bu şirkətin səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan adlı iki erməni də yer alır!

Türkiyə Ticarət Sicili Qazetesinin (Türkiyə Odalar və Borsalar Birliyinin rəsmi yayım orqanı) 2014-cü il, dekabrın 12-də dərc edilmiş sayında yer alan məlumata gərə, “Emre Piliç” şirkətinin Səhmdarlar Şurasına aşağıdakı şəxslər daxildir: Ömər Oral, Ömür Oral, Onur Oral, Mert İbrahim Daştan, Seyhan Davutoğlu Daştan, Arto Sevan Oskayan və Andarnik Raffi Bozacıyan.

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

“Emre Piliç” şirkətinin internet ünvanında (www.emrepilic.com.tr) bildirilir ki, 1996-cı ildə Türkiyənin Kocaeli bölgəsində qurulub. Hazırda 4 bölgədə – İzmit, Mudurnu, Nallıhan və Ayaşda fabrikləri, 9 quşçuluq təsərrüfatı və 279 işçisi var. Şirkət istehsal etdiyi məhsulları Türkiyə bazarında satmaqla yanaşı, 70 faizini xarici ölkələrə ixrac edir.
“Emre Piliç” xarici bazarlara 2008-ci ildə açılıb. 2012-ci ildə 23 milyon, 2013-cü ildə 44 milyon, 2014-cü ildə isə 60 milyon ədəd yumurta ixracı həyata keçirib. Ötən il isə şirkət 100 milyon ədəd damazlıq yumurta ixrac edib. Şirkətin ixrac həyata keçirdiyi ölkələr Rusiya, Ukrayna, İran, İraq, Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı və Gürcüstandır. Şirkət bu ölkələrin bəzilərinə toyuq əti, bəzilərinə cücə, bəzilərini isə damazlıq yumurta ixrac edir. Azərbaycanın quşçuluq təsərrüfatları da da bu şirkətdən əsasən damazlıq yumurta alır.

Səhmdarı ermənilər olan şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir?

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Bəs bu şirkətdən yumurta və cücəni hansı şirkətlər idxal edir? Ötən il “Virtualaz.orq” saytının apardığı araşdırma nəticəsində Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb. Yəni əksər quşçuluq təsərrüfatlarının, səhmdarları arasında 2 erməninin olduğu şirkətlə əməkdaşlıq etdikləri - “Emre Piliç”dən əsasən damazlıq yumurta aldıqları məlum olub.

Erməni bicliyi

Bəs “Əmrə Piliç”in səhmdarları arasında ermənilərin olduğu üzə çıxandan sonra nə baş verib? “AzPolitika” araşdırıb ki, bu fakt ictimailəşəndən sonra bir çox quşçuluq təsərrüfatları, o cümlədən “Emre Piliç”in əsas tərəfdaşlarından biri olan “Həmzə broyler” bu əməkdaşlığı – “Əmrə Piliç”dən yumurta alınmasını dayandırıblar. Lakin bu çox qısa çəkib və tezliklə erməni və türk ortaqlar Azərbaycandakı biznesin davam etdirilməsinin yolunu tapıblar. Belə ki, “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında sözügedən 2 erməninin olmadığı yeni şirkətlər – “Orallar” və “Qaranti”ni təsis edərək, Azərbaycan istiqamətində biznesi bu şirkətlər üzərindən həyata keçirməyə başlayıblar. Ancaq heç şübhəsiz ki, “Orallar” və “Qaranti”nin faktiki sahibləri arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Başqa sözlə, Oskayan və Bozaçıyan hal-hazırda da Azərbaycana damazlıq yumurta ixrac edirlər və bu biznesdən hər il onların büdcəsinə milyonlar daxil olur!

BAKIDAN ERMƏNİNİN ŞİRKƏTİNƏ MİLYONLAR AXIR! – Oskayan və Bozaçıyanın yumurta və toyuqlarını yeyirik! (Şok)

Bəs hazırda “Emre Piliç”in məhsularını satan “Orallar” və “Qaranti” adlı şirkətlərdən damazlıq yumurta alan şirkətlərin – “Saba” ASC-nin, “Siyəzən Broyler”in, “İmişli Quşçuluq”un, “Zirə Broyler”in, “Mərcan Broyler”in, “Zabrat toyuqçuluq”un, “Qaraqaşlı Broyler”in və digərlərinin sahibləri kiminlə tərəfdaşlıq etdiklərinin fərqindədirlərmi?

“Emre Piliç”in əsas ortaqlarından biri Ömür Oral tez-tez Bakıya nə məqsədlə gəlir və Oskayan və Bozaçıyanın rəsmi ortağı olan bu şəxsə neft biznesinə də girişməyə kimlər yardım edir?

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Baytarlıq Xidməti və digər dövlət qurumları səhmdarları ermənilər olan şirkətin Bakı ilə birbaşa və dolayı əməkdaşlığına necə baxır?

BU BARƏDƏ NÖVBƏTİ YAZIDA!

R. Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev: "Bu il bütün sosial proqramlar tam icra ediləcək"

    Prezident İlham Əliyev: "Bu il bütün sosial ...

    26-01-2016, 13:50

  • 
  • İlham Əliyev: "Sahibkarlara daha da yaxşı şərait yaratmaq lazımdır"

    İlham Əliyev: "Sahibkarlara daha da yaxşı ...

    26-01-2016, 13:48

  • 
  • Bakıya 188 milyondan artıq kredit ayrılıb

    Bakıya 188 milyondan artıq kredit ayrılıb ...

    24-12-2013, 00:54

  • 
  • İlham Əliyev “Naz-lifan” tövsiyyə etdi, Nazim İbrahimov 200 minlik “Mercedes” aldı - FOTOLAR

    İlham Əliyev “Naz-lifan” tövsiyyə etdi, Nazim ...

    12-10-2016, 11:42

  • 
  • “İqtisadi islahatlar ilinin ilkin nailiyyətləri“ - Qaradağda

    “İqtisadi islahatlar ilinin ilkin nailiyyətləri“ ...

    1-03-2016, 19:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu