GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

Tarix: 18-12-2016, 23:38 Bölmə :Ölkə Baxış: 811
Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

…Keşlədəki “Şanxay” qəsəbəsini Bakıda tanımayan az adam tapılar. Ucuz mənzil almaq istəyənlər bu ünvana üz tuturlar, ucuz kirayə ev axtaranları bura göndərirlər. Elə yaşayışından, şəraitindən bezənlərə də şanxaydakıları nümunə göstərirlər, baxıb şükür etmək üçün…

“Jurnalistlər tez-tez soruşurlar: “həyatınızın təhlükədə olduğunu bilisinizmi”? Deyirəm, tək biz deyil, bütün Bakı şəraitimizdən xəbərdardır. Ölən də olub, yaralanan da, amma hər il bizi yola verirlər”.

Bunu bələdçimiz Nurlan Zeynalov deyir və əlavə edir ki, ötən ilin noyabrında düz bir ildən sonra dəmir yoluna bitişik evlərin söküləcəyini deyiblər. Sakinlər də səbirsizliklə noyabrı gözləyiblər. Dekabr noyabrı əvəzləyib, bəlli olub ki, sakinlərə ödəniləcək büdcənin təsdiqlənməsi 2017-ci ilin sonuna qalıb. “Bu noyabrlar bitib-tükənmək bilmir. Bizim taleyimiz Molla Nəsrəddinin yun satmaq lətifəsinə dönüb”, - Nurlan deyir.

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

“Şanxay”da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir.

“20 ildən çoxdur burada yaşayıram. Amma son vaxtlar vəziyyət daha da çətinləşib. Qatar keçəndə ev silkələnir, vallah, hamamda çimməkdən də çəkinirəm. Fikirləşirəm ki, birdən ev uçar, biabır olaram”, - bunu isə Lalə Məmmədova söyləyir.

Onun yaşadığı ev dəmiryolu xəttinin təxminən 1 metrliyində yerləşir. Qatar keçərkən evin qapıları bağlanır, sanki həyat dayanır. 10-15 dəqiqə sonra qapılar açılır, hər kəs həyatına davam edir. Lalə xanım deyir ki, uşaqlar hər dəfə dərsə gedib gələndə əlləri ürəyinin üstündə yol gözləyir: “Bir uşağı qatar vurmuşdu. Yazır qulaqcıq taxıb mahnıya qulaq asırmış, qatarın fitini eşitməyib. Hər dəfə yalvarıram ki, burdan uzaqlaşmayana qədər telefona baxmayın, zənglərə cavab verməyin. Neyləyək, qaçmağa yerimiz yoxdur”.

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

Amma təhlükə bununla yekunlaşmır. Sakinlər zibili düz dəmiryolu relslərinin üzərində və ya lap yaxınlığında yandırırlar. Qatarlarda yanacaq daşınır, ani bir qığılcım dəhşətli partlayışa səbəb ola bilər. “Bələdiyyəyə zibil pulu ödəyirik, amma illərdir hələ bir sakin zibilin daşındığının şahidi olmayıb. Hamı zibili qapısının qarşısında yandırır. Maşını olanlar torbalara doldurub başqa ərazilərə atırlar. Bu boyda ərazidə bir zibil qutusu yoxdur”, - Lalə Məmmədova deyir.

Bəziləri isə zibili düz dəmiryolu relslərinin üstünə yığır. Relslərin üzərində butılkadan tutmuş, köhnə pal-paltara qədər, nə desən tapmaq mümkündür. Bir az içəriyə doğru üfunət iyindən nəfəs almaq mümkün deyil. Kanalizasiya sistemi olmadığından, çirkab birbaşa dəmiryolu relslərinin üzərinə axır. Siz hamamdan axan sabunlu suda üzən balıq içalatı təsvir edin. Vəziyyəti ifadə etməkdə söz belə aciz qalır.

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

Təhlükəli evlərin birində yaşayan Sevda xanım isə deyir ki, bu gecəqondunu alarkən dəllal ərazidən qatar keçmədiyini söyləyib. Evin pulunu verib, sonradan aldandığını başa düşsə də, əli heç yerə çatmayıb. “1960-cı ildən bu ərazidə yaşayanlar var. Amma dəmiryolunun lap yaxınlığındakı evlər sonradan tikilib, əsasən, kirayə vermək üçün nəzərdə tutulub. Sizin çətinliklə yeridiyiniz relslər üzərində bizim illərimiz keçir. Yayda, qışda çiyinlərimiz yük daşımaqdan əyilib”, - Sevda xanım bazardan aldığı ərzaq dolu torbaları göstərir.

Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. “Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir.

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

“Bizə deyirlər ki, evləriniz qanunsuz tikilidir. Burda daşı daş üstünə qoyanda hər kəsin xəbəri olub, niyə vaxtında göz yumublar? Bütün kommunal xidmət haqlarını ödəyirik, təhlükəli şəraitdə qorxa-qorxa böyütdüyümüz oğulları hərbi xidmətə göndəririk. Bircə kompensasiya məsələsinə gələndə evlərin qanunsuz olduğu yada düşür”, - sakinlərdən biri gileylənir.

Amma qanunsuz tikililərə görə təkcə sakinlər deyil, əlaqədar orqanlar da günahkardır. Çünki qəsəbənin girişindəki dəmiryolu relslərinin bir addımlığında da gecəqondular tikilib. Üstəlik hər ay neçə-neçə yarıtikili peyda olur. Bu tikililər yalnız kirayə üçün nəzərdə tutulub. “8 aydır burda kirayə qalıram. Neyləyim, başqa çarəm yoxdur, ən ucuz evi burdan tapdım”, - kirayənişinlərdən biri deyir.

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar

İki azyaşlı uşaq dəmiryolu relsinin üzərində evcik qurub, biri gəlinciyini geyindirir, digəri isə qurumuş otlardan yemək hazırlayır. Qadın həyəcanımızı görüb gülümsəyir: “Mən də ilk vaxtlar qorxurdum. Qatar uzaqdan görünən kimi evə giririk. Neyləyək, ev balacadır, uşaqların başqa əyləncəsi yoxdur”.

Bura hər gün yüzlərlə uşağın həyatı ilə oynadığı yerdir. Onlar Əzrayılla çiyin-çiyinə yaşamağa öyrəşiblər. Daha yerdəkilərdən əllərini üzüblər, tək ümidləri göydəkinə qalıb…

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Bakının mərkəzində dəmiryolu relslərinin üstündə yaşayanlar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının mərkəzində atışma: ölən var

    Bakının mərkəzində atışma: ölən var ...

    28-08-2015, 14:35

  • 
  • Polis itkin düşən əsgəri axtarır

    Polis itkin düşən əsgəri axtarır ...

    28-09-2013, 13:50

  • 
  • Qubada qədim abidə üstündə yaşayanlar...

    Qubada qədim abidə üstündə yaşayanlar... ...

    24-10-2013, 15:58

  • 
  • Bakının mənzil bazarında yarıbayarı bahalaşma

    Bakının mənzil bazarında yarıbayarı bahalaşma ...

    1-04-2014, 10:14

  • 
  • Bakıda qurbanlıq heyvanların satış YERLƏRİ müəyyənləşdirildi

    Bakıda qurbanlıq heyvanların satış YERLƏRİ ...

    30-09-2013, 12:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu