Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək. Modern.az xəbər verir ki, bu barədə İqtisadi İnkişaf Nazirliyi bəyan edib. Artıq satış məntəqələrinin ünvanları da dəqiqləşib. Belə ki, paytaxtın 23 nöqtəsində qurbanlıq heyvanların satışı təşkil olunacaq. Qeyd edək ki. bu il Qurban bayramı 15-16 oktyabrda qeyd olunacaq.
Bakıda qurbanlıq heyvanlar aşağıdakı yerlərdə satılacaq:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?