Hadisə axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Hadisə dünən axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb. Kənd sakini, 37 yaşlı Təhmasib Qurbanəli oğlu Səfərov bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. İlkin məlumata görə, Təhmasib Səfərov yoldaşının əmisi oğlu və bacanağı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?