gundemxeber.az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Ağayev Elman Habil oğlu həmkəndlisi - 1961-ci il təvəllüdlü Hüseynov Yunis Hüseyn oğlu tərəfindən bıçaqlanıb. E.Ağayev sol döş qəfəsin dəlib keçən yarası diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, əməliyyat olunub. Vəziyyəti orta-ağırdır.
Hadisə toyda musiqi sifarişi üstündə baş verib. Mübahisədə Yunis Hüseynovun oğlu, 1990-cı il təvəllüdlü Cavad Hüseynov da iştirak edib. Baş vermiş hadisəyə görə, ata və oğul saxlanılıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?