Bir neçə saat əvvəl Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev VAZ 2107 markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayıb. Sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub. Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib. Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb. Daha sonra sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb. Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqiredici formada danışdığını əks etdirən video görüntünü də təqdim edirik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?