Bir neçə gün öncə yol polisi əməkdaşlarının İsmayıllıda keçirdiyi reydlər zamanı insident baş verib.
Rayon sakinlərinin azvision.az-a bildirdiklərinə görə, İsmayıllı Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi Əhməd Cəlilov keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını pozan Fuad adlı sürücüyə "saxla" əmri verib.
Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəililova bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis şöbəsinə aparıblar.
Sürücünün yaxınları dərhal 102 xidmətinə müraciət edərək hadisənin araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə cəzalandırılmasını tələb ediblər.
Şahidlərin sözlərinə görə, Əhməd Cəlilov reyd zamanı sərxoş vəziyyətdə olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?