GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəydə feodal qanunları

Gədəbəydə feodal qanunları

Tarix: 9-05-2013, 13:45 Bölmə :Ölkə Baxış: 1 643
Gədəbəydə feodal qanunları
Qızıl zavodu kəndlilərə qızıldan baha olan torpaqlarını necə ələ keçirdi
«Kəndin üç tərəfi şirkət tərəfindən mühasirəyə alınıb. Torpaqlarımız əlimizdən alınıb, kəndimizin əhalisinin 60 faizi mal-qara ümidinə yaşayırdı. Artıq örüş, biçənək sahələrimiz olmadığına görə mal-qaranı da satmalı olmuşuq. Bu, azmış kimi, zavodla yataq arasında hərəkət edən yük maşınlarının tozu kəndin üzərində duman kimi çökür, hamısı canımıza gedir. Emal vaxtı havaya buraxılan kimyəvi maddələrin qoxusu ciyərlərimizdədir. Sularımız kimyəvi maddələrdən korlanıb, bizim kənddə əməlli-başlı su faciəsi yaşanır».
Gədəbəyin Arıqdam kəndinin sakini Telman Ələkbərovdeyir, kənddə qızıl-mis emalı zavodunun tikilməsi və fəaliyyətə başlaması bu ərazidə yaşayanların gününü göy əskiyə büküb: «Zavodla yaşayış yerləri arasında 150 metr məsafə var. Həmin yaxın əraziyə düşən hektarlarla əkin və biçənək torpaqları kəndlilərin əlindən zorla alındı. Məhkəmə də bu zorakılığa hüquqi don geydirdi. Sotu ən azı 300-350 manata olan torpaqları kəndlilərdən zorla 17.5 dollardan aldılar. Daha doğrusu, guya, şirkət rəhbərliyi kəndlilərə torpağın hər sotuna 17.5 dolları halallıq üçün verdi. Şəxsən mənim əlimdən 1 hektar 10 sot, bacımın əlindən 34 sot biçənək torpağı çıxıb».
Gədəbəy rayon Aqrar İslahat Komissiyası ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti,Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinə və Arıqdamın 150 sakininə qarşı 2007-ci ildə məhkəmə iddiası qaldırıb. Məhkəmədən kəndlilərə verilmiş «torpağa mülkiyyət hüququna dair» dövlət aktlarını ləğv etdirib. İddia belə əsaslandırılıb ki, bu torpaqlar paylanılarkən qanunvericiliyə əməl olunmayıb.
Gədəbəy Aqrar İslahat Komissiyasının nümayəndəsiZülfüqar İsgəndərov bildirib ki, Arıqdam kəndində torpaq islahatları aparılarkən vətəndaşların həyətyanı sahələri inventarizasiya aparılmadan, ölçülər dəqiq müəyyən edilmədən vətəndaşlara dövlət aktları verilib. Faydalı qazıntı işlərinin aparılması üçün nəzərdə tutulan torpaq sahəsi kəndin baş sxeminə daxil edilərək vətəndaşlara özəl pay torpaqları kimi verilib. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən həmin ərazidə qazıntı işləri aparılır. Faydalı qazıntı işləri aparılan və dövlət mülkiyyətinə aid olan 53 hektar torpaq sahəsi islahat aparılarkən adları iddia ərizəsində göstərilən 150 Arıqdam sakininə özəl pay torpağı kimi verilib. Həmin torpaqlar vətəndaşlardan alınıb dövlət mülkiyyətinə qaytarılmalı, 150 nəfərə əvvəlki dövlət aktlarında göstərilən ölçülərə uyğun başqa sahələrdən torpaq verilməlidir.
Gədəbəy rayon Məhkəməsi bu iddianı təmin edib. Sakinlərə torpağın hər sotuna görə 17, 5 dollar halallıq və başqa yerdə əvəzli olaraq torpaq sahələri verilib. Ancaq sonradan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2012-ci ildə yenə məhkəməyə üz tutub. Bu dəfə iddia edib ki, sakinlərə ikinci dəfə də torpaqlar düzgün paylanmayıb.
Telman Ələkbərov: «Şirkət məhkəməyə müraciət edib, ikinci dəfə verilmiş torpaqların sənədlərini də ləğv etdirdi». Telman Ələkbərovun dediyinə görə, torpaqlarını qaytarmaq ümidini itirmiş 27 kəndli həmin məhkəmə qətnaməsindən apellyasiya, sonra isə kasasiya şikayəti verib. Ancaq kəndlilər məhkəmələrdə heç nəyə nail ola bilməyiblər. Bu il aprelin 24-də isə Ali Məhkəmə aşağı məhkəmələrin bu qərarını qüvvədə saxlayıb.
İş orasındadır ki, bu dəfə məhkəmə kəndlilərə başqa yerdə əvəzli pay torpaq sahələri ayrılması məsələsini gündəmə gətirməyib. Çünki şirkət iddia edib ki, aldıqları pay torpaqlarına görə kəndlilərə pul ödəyib. Kəndlilər isə həmin pulların şirkət rəhbərliyi tərəfindən onlara halallıq kimi verildiyini bildiriblər. Ancaq məhkəmə şirkətin nümayəndəsinin əks dediklərinə əsaslanaraq həmin pulların kompensasiya məqsədli olduğunu təsdiqləyib.
Beləcə, 5 illik məhkəmə çəkişmələrində hektarlarla torpaqları ilə vidalaşmalı olan kəndlilər Ali Məhkəmənin qərarını əldə etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini deyirlər.
1997-ci ildə Böyük Britaniyanın «Anglo Asian Mining Plc» şirkəti ilə Azərbaycan hökuməti arasında mineral ehtiyatların istismarına dair 30 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətə 6 sahə verilib ki, bunlardan biri Gədəbəydədir. Bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1.5 milyon ton mis hasil etmək nəzərdə tutulub. Layihəni icra etmək üçün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMC) yaradılıb. Sazişdə Azərbaycanın payı 51, «Anglo Asian Mining Plc» şirkətinin payı isə 49 faiz təşkil edir.
Esmira Cavadova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şahdağ” Qış-Yay Turizm Kompleksi və müflis olan ətraf kəndlilər…

    “Şahdağ” Qış-Yay Turizm Kompleksi və müflis olan ...

    16-01-2014, 15:04

  • 
  • Qazaxda feodal qanunları

    Qazaxda feodal qanunları ...

    10-04-2013, 10:17

  • 
  • Azərenerjinin   prezidenti   Xaçmaz rayon Xanlıqoba kəndinin 600 sakinin torpaq payını zəbt edib

    Azərenerjinin prezidenti Xaçmaz rayon Xanlıqoba ...

    2-06-2013, 14:38

  • 
  • İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, 24 yaralı

    İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, ...

    26-06-2016, 18:45

  • 
  • Xaçınçayla gələn ölüm

    Xaçınçayla gələn ölüm ...

    14-06-2016, 19:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu