GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » GDU-dakı oğurluq sübuta yetirildi

GDU-dakı oğurluq sübuta yetirildi

Tarix: 17-01-2017, 17:47 Bölmə :Ölkə Baxış: 904
GDU-dakı oğurluq sübuta yetirildi

Baloğlan Quliyev əqli mülkiyyətini oğurlayanları ittiham etdi
ADPU-də dədə-babadan titullara sahib olmaq, yalnız “münasibət” əsasında baş tuturdu
Qısa arayış: Quliyev Baloğlan Sarı oğlu 1937-ci ildə Füzuli rayonunda anadan olmuş, 1961-ci ildə ADBTİA bitirmişdir. SSRİ idman ustası, Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi”dir. ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktorudur. Dosent B.Quliyevin 200-dən çox elmi-tədqiqat işi çap edilmiş, bunlardan 54-ü dərs vəsaiti və metodik vəsait, fənn kurikulumu və monoqrafiyadır. Beynəlxalq nüfuzlu xarici nəşrlərdə 5 məqaləsi (Skopus, Tomson, Röyters), 6 beynəlxalq elmi-metodik konfrans material dərc olunmuşdur. Dosent B.Quliyev bədən tərbiyəsi və idmanın inkişafında fəal iştirakına, elmi və ictimai işlərdə fəaliyyətinə görə TN-i (iki dəfə) Bədən Tərbiyəsi və İdman İşləri Komitəsi (indiki Gənclər və İdman Nazirliyi tərəfindən 3 dəfə), SSRİ Maarif Nazirliyi və SSRİ Pedoqoji Elmlər Akademiyası, Qdansk şəhərinin (Polşa) minillik yubileyinə həsr edilmiş beynəlxalq konfransın, II və III ümumittifaq “Pedaqoji mühazirələrinin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri”,V beynəlxalq konfransın təşkilat komitəsi adından 23 dəfə fəxri fərman və sertifikatla təltif olunmuşdur. Əmək-idman veteranıdır.
"Gündəm xəbər" qəzetinini 28-29 dekabr 2016-cı il tarixli sayının 11-ci səhifəsində "Gəncə Dövlət Universitetində plaqiat sindromu” başlıqlı tənqidi açıqlama işıq üzü görmüşdü. Müəlliflik hüququ mənimsənilmiş müəllif ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Baloğlan Quliyev, atılan addımlarla bağlı münasibətini belə bildirir.

GDU-dakı oğurluq sübuta yetirildi
GDU-dakı oğurluq sübuta yetirildi
GDU-dakı oğurluq sübuta yetirildi

Birinci kitab: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 fevral 2010-cu il il tarixli 202 saylı əmri ilə "Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları" adlı elmi-tədqiqat materialı dərs vəsaiti kimi təsdiq edilmiş (Bakı: ADPU, 2010, 660 s.) və nəşr olunmuşdur.
Elmi redaktor: Məmməd Nəsrullayev-professor, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" kafedrasının müdiri.
Rəyçilər: Fərrux Rüstəmov-pedaqogika üzrə elmlər doktoru, professor, ADPU-nun "İbtidai təhsilin pedaqogikası və metodikası" kafedrasının müdiri, hazırda "İbtidai təhsil" fakültəsinin dekanı, əməkdar elm xadimi.
Rəşid Əliyev- professor, pedaqogika üzrə fəlsəfə doktoru, respublikanın əməkdar məşqçisi, ADBTİA-nın bədən tərbiyəsi və idman kafedrasının müdiri.
Akif Əmiraslanov- pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun "İdman fənləri kafedrasının müdiri.
Əli Mehdiyev- pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar məşqçi, ADPU-nun "Bədən tərbiyəsi və idman" kafedrasının müdiri, professor.
İkinci kitab: Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Məktəbəqədər tərbiyə və ibtidai təhsil" bölməsinin 01 iyul 2011-ci il tarixli iclasının qərarına (pr. №4) və Təhsil Nazirinin 13.07.2011-ci il tarixli 1352 saylı əmrinə əsasən "Mütəhərrik və əyləncəli oyunlar" kitabım dərs vəsaiti kimi təsdiq olunmuş və ADPU-nin nəşriyyatı tərəfindən 2011-ci ildə nəşr edilmişdir (494 s.)
Redaktor- Rəşid Əliyev professor, pedaqogika üzrə fəlsəfə doktoru, respublikanın əməkdar məşqçisi, ADTU-nun "Bədən tərbiyəsi və idman" kafedrasının müdiri.
Rəyçilər- Əmrulla Paşayev-professor, pedaqogika üzrə elmlər doktoru.
Məmməd Nəsrullayev: professor, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" kafedrasının müdiri.
Gülbaba Quliyev- ADPU-nun dosenti, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi.
Hər iki kitab müəllifin şəxsi vəsaiti hesabına nəşr olunmuş, qrifli nəşrlərdir, "müəllifin razılığı olmadan surətinin çıxarılması qadağandır" sözləri də, həmin kitabda qeyd olunmuşdur. İlham Ağayevin və İlqar Haqverdiyevin birgə nəşr etdirdikləri "Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası" adlı kitab isə, Gəncə Dövlət Universitetinin 26.04.2016-cı il tarixli 5/116 saylı əmri ilə dərs vəsaiti kimi özününküləşdirilərək 2016-cı ildə nəşr edilmişdir. Bu kitab 227 səhifədən və IV fəsldən ibarət olub, IV fəsl (s.146-165, 19 s.) çıxmaq şərtilə fəslbəfəsl, vergül və nöqtəsinə qədər, tam şəkildə yuxarıda göstərilən 2010-2011-ci illərdə nəşr olunmuş kitablardan köçürülmüşdür (208 səh.). Birinci kitabdan s.111-dən 145-dək, ikinci kitabdan isə səhifə 5-dən 155-dək, əlavələrdən (s.407-427) və s. GDU-nun adları qeyd edilmiş professor-müəllim heyəti tərəfindən təkrar nəşrə şərait yaradılmış və özününküləşdirilmişdir. "Çox hörmətli həmkarlarım” həmin kitabın işıq üzü görməsinə yaşıl işıq yandıranların əsas təşkilediciləri, yəqin ki, məni tanımamış deyillər. Digərləri isə yazılarımdan, xüsusilə də "Məktəbdə bədən tərbiyəsi" məcmuəsinin ixtisas redaktoru və heyət üzvü olduğum vaxtlardan (1976-1991). Başqasının əqli mülkiyyətini mənimsəyənlərə şərait yaradanlar anlamalı idilər ki, nəşr edilmiş həmin tədqiqat işləri müəllifin 57 illik elmi-pedaqoji fəaliyyətinin və problem üzrə 47 illik zəhmətin, yuxusuz gecələrin, gərgin əməyin nəticəsidir. Onlar kitab müəlliflərinin hansı zəhməti çəkdiklərini, nə işlə məşğul olduqlarını yəqin ki, bilməmiş deyillər.
Plagiat mövzusu ilə bağlı məsələlərə münasibətini açıqlayan Baloğlan müəllim ona ünvanladığımız suallara da aydınlıq gətirdi.
Baloğlan müəllim- plagiat məsələsinə ziyalı olaraq münasibətinizi bilmək istərdik.
Cavab: Elimi işlərində plagiatlığa yol vermiş hər bir ziyalı, ilk növbədə soyadına, Azərbaycan elminə, eyni zamanda vətəndaşı olduğu dövlətinə hörmətsizlik etmiş olur.
Əqli mülkiyyətinizin mənimsənilməsindən xəbəriniz olubmu? Olubsa məsələyə münasibətiniz necədir?
Cavab: Hər gün elmi işlərimlə məşğul olduğumdan belə bir məsələdən heç cür xəbər tuta bilməzdim. Belə bir məsələrlə səlahiyyətli qurumlar məşğul olsalar, daha yaxşı olardı.
Bu günə qədər müəllifi olduğunuz kitabllarınızdan nə qədər gəlir əldə etmiziniz?
Cavab: İşıq üzü görən kitablarımı hər hansı qurumun maliyyə dəstəyi olmadan, yalnız şəxsi vəsaitim hesabına dərc etdirmişəm. Kitablarımın satışı həyata keçirilmədiyindən, gəlir də əldə etməmişəm.
Pedoqoji fəaliyyət göstərdiyiniz ADPU-də, müəllifi olduğunuz kitablar haqda hər hansı məlumat varmı?
Cavab: Hələ ötən illər ərzində işıq üzü görən kitablarım haqda ali təhsil ocağının rəhbərliyi məlumatlı olsa da, nədənsə rəhbərlik cəmi 10 ədəd kitabımı əldə etməyə qərar verdi və bunun qarşılığında, mənə cəmi 180 manat pul ödədilər. Hansı ki, bir cild kitabın işıq üzü görməsi 4-5 min manata başa gəlir.
Sonuncu dəfə işıq üzü görən kitablarınız neçənci illərə təsadüf edir?
Cavab: Müəllifi olduğum sonuncu kitablarım 2013-2016-cı illərə təsadüf etsə də, onları nə kitabxanalara, nə də ki, heç bir ali təhsil ocağına verməmişəm.
Belə bir addım atmağınıza səbəb nə olub?
Hal-hazırda ali təhsil ocaqlarında çalışan bir çox “ziyalılar” var ki, onlar elmi işlərini plagiatlıq etməklə “müdafiə edirlər”. Belə bir hallar daha çox bölgələrdə çalışan və özünü “ziyalı” hesab edənlər arasında müşahidə olunmaqdadır. Çünki, onlar Bakıya gəlib geri qayıdarkən, yəni daha dəqiq desəm Biləcərini o yana keçərkən, əsl müəlliflərin adlarını əldə etdikləri kitabların ön səhifəsindən cırıb atırlar və az sonra da plagiatlıq edirlər. Bu da yolverilməz hal olsa da, təəssüflər olsun ki, özünə hörmət etməyənlər belə bir yolu tuturlar.
Baloğlan müəllim, bu il 80 yaşınız tamam olur. Sizin 57 illik əmək fəaliyyətinizin 37 ilini ADPU-də çalışmısınız. Ötən illər ərzində dövlətimiz tərəfindən hər hansı mükafata, fəxri adlara vəs. layiq görülmüsünüzmü?
Cavab: Xeyr, çox təəssüf hissi ilə bildirim ki, belə bir adlara sahib olmamışam. Buna da səbəb, dədə-babadan belə bir titullara sahib olmaq yalnız “münasibət” əsasında baş tutub. Sevindirici hal odur ki, yeni rəhbərlik gələndən ADPU-də yeni ab-hava yaranıb, haqq-ədalət öz yerini tapıb. Əlavə olaraq onu da bildirim ki, bir çox ali təhsil ocaqlarında elmi fəaliyyətlə məşğul olanlara, rəhbərlik tərəfindən müəyyən məbləğdə maddi köməklik də göstərilir. Yaxşı olar ki, həmin maliyyə dəstəyi əsl ziyalılara, həqiqi elmi fəaliyyətlə məşğul olanlara verilsin. Təəssüf ki, bu gün plagiatlıq etməklə və digər yollarla elmi dərəcəyə sahib olanlar, adicə bir məqalə yazmağı bacarmayanlar da, verilən maliyyə dəstəyindən yararlanırlar. Belə bir halın varlığı da, ümumi işimizə xələl gətirməkdən başqa bir şey olmur.
Mövzunu diqqətdə saxlayacağıq.
Mehriban Əzizqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə Dövlət Universitetində plagiat sindromu

    Gəncə Dövlət Universitetində plagiat sindromu ...

    5-01-2017, 15:48

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • “Kasıb uşaqları idman komplekslərinə girə bilmirlər” - ETRİAZ

    “Kasıb uşaqları idman komplekslərinə girə ...

    22-10-2013, 13:41

  • 
  • Azay Quliyev fəlsəfə doktoru oldu

    Azay Quliyev fəlsəfə doktoru oldu ...

    17-09-2014, 16:38

  • 
  • Nazir deputatın "çörək" ağacına əl qoydu

    Nazir deputatın "çörək" ağacına əl qoydu ...

    18-02-2016, 23:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu