Bakıda 5 gün əvvəl kirayə yaşadığı evdə intihara cəhd edən şəxs ölüb.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü E.İ. kirayədə yaşadığı evin həyətində özünü iplə asıb. Bunu görən ev sahibi onu dərhal xilas edib. E.İ. 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilən şəxs bu gün orada ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (“Report”)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?