Bu gün Bakı metrosunun "Azadlıq" stansiyasının yaxınlığında intihara cəhd olub.
gundemxeber.az Lent.az-a istinadən xəbər verir ki, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
ANSpress-in məlumatına görə, intihara cəhd edən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov olub. Respublika Yanıq Mərkəzinə yerləşdirilən yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.
Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?