Suraxanı rayon, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 30 nömrəli binanın və ətrafının sakinləri tərəfindən “Gündəm Xəbər”ə
Şikayət ərizəsi daxil olub. Həmin şikayət ərizəsini aidiyyatı qurumların nəzərinə çatdırmaq üçün olduğu kimi dərc edirik.
Bildirmək istəyirik ki, Suraxanı rayon, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 30 nömrəli binanın, ətrafının sakinləri və Nord istesalat birliyinə gedən işçilər 30 nömrəli binanın qarşısında bir quduz itlə rastlaşırlar, dəfələrlə vətəndaşlar və 11 nömrəli MİS rəhbərliyi aidiyyatı orqanlara və baytarlıq xidmətinə müraciət edilib, lakin buna baxan yoxdur, bu vaxta qədər 10 nəfərdən çox insanı bu it tutub (dişləyib), Müraciət ediblər hövsan polikilinkada quduzluğa qarşı iynələr vurulub, bütün sakinlər və bu ərazidə olan insanlar, hər an təlaş içindədirlər. Uşaqları məktəbə və baxçaya aparmaq çox çətinləşib. Bunu bilən heç bir orqan, o cülədən polikilinika rəhbərliyi və Baytarlığın Suraxanı rayon rəisi Rəhim Bilalov heç bir tədbir görmür.
Bu barədə tədbir görülməsi və həmin quduz iti bu ərazidən tez bir zamanda uzaqlaşdırılmasını Sizdən çox xahiş edirik.
Hörmətlə Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 30 nömrəli binanın, ətrafının sakinləri və Nord istesalat birliyinin işçiləri
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?