GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Erməni ilə danışmısan, 100 min manat verməlisən...”

“Erməni ilə danışmısan, 100 min manat verməlisən...”

Tarix: 29-01-2017, 20:37 Bölmə :Ölkə Baxış: 379
“Erməni ilə danışmısan, 100 min manat verməlisən...”

Keçmiş MTN əməkdaşları haqqında cinayət işinin materiallarından bəlli olur ki, bir sıra hallarda nazirliyə çağrılan iş adamlarına qarşı “erməni” amilindən istifadə olunub. Yəni adamlar ermənilərlə işbirliyində suçlanıb. MTN-çilərin işindəki çoxsaylı zərərçəkmişlərdən biri olan Elçin Əliyevin də başına belə bir hadisə gəlib.
Elçin Əliyev “EGT Express” MMC-nin rəhbəri olub. 2014-cü ilin mayında “Mercedes” markalı maşınını 118 min dollara satandan bir neçə gün sonra şirkətin ofisində MTN-in 6-7 nəfər mülki geyimli əməkdaşı peyda olub. Ofisdə axtarış aparmağa gəldiklərini deyən qrupa da MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Fuad Sədrəddinov rəhbərlik edib.

“Erməni ilə danışmısan, 100 min manat verməlisən...”

“Telefonumu dinləyib, biliblər ki, maşını satmışam, pulum var”

E. Əliyev istintaqa ifadəsində danışıb ki, o, gələnlərdən axtarışın səbəbini soruşub. Onda Fuad Sədrəddinov onu ermənilərlə işbirliyində suçlayıb, deyib ki, “gedərik MTN-ə, orada rəis özü sənə başa salar”. Ancaq söhbətin hansı rəisdən getdiyi bilinməyib: “Mənə dedi ki, ‘sən Çexiyada yaşayan Lelit Qriqoryan adlı erməni ilə əlaqədəsən, sənin ofisindən onun ofisinə zəng olunub, onunla telefon danışığı aparılıb. Buna görə də səni MTN-ə aparacağıq’. Dedim ki, mənim belə bir adamla nə əlaqəm var, nə də telefon danışığım olub. Əl çəkmədilər. İzah eləməyə çalışdım ki, təsisçisi olduğum şirkət Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil firmadı, heç kimlə işbirliyində deyiləm. Əhəmiyyət vermirdilər. Axırda Fuad Sədrəddinov mənimlə təklikdə söhbət elədi. Əvvəlcə hədələməyə başladı ki, MTN-ə getsəm, mənim üçün pis olacaq, həbs eləyəcəklər. Sözünün axırında da məndən 100 min manat pul istədi. Doğrusu, həbs, MTN hədələrindən qorxdum. Eyni zamanda da o qədər pulumun olmadığını dedim”.
Elçin Əliyev onlara verməyə 100 mini olmadığını deyəndə MTN əməkdaşı bunun əksini sübut edən məlumatı onun yadına salıb. Xatırladıb ki, bir neçə gün öncə maşınını satıb. Hətta avtomobilin neçəyə satıldığını da bilirlərmiş. Onda ona aydın olub ki, telefon danışıqlarını dinləyiblər.
Şirkət rəhbərinin sözlərinə görə, maşının pulu Mingəçevirdə yaxınlarında olub. Xəbər göndərib ki, o vəsaiti qısa müddətdə ona çatdırsınlar. Orada olan 120 min dollar göndərilsə də, manata çevirəndə 100 min manat eləməyib. F. Sədrəddinov da 100 min manatdan aşağı pula yaxın durmaq istəməyib. E. Əliyev deyir ki, məcbur olub, yeznəsindən də 6 min manat borc alıb, özündə olan 1500 manatı da əlavə edib, MTN əməkdaşına verib.
“Başa düşdüm ki, qalan pulu özünə götürəcək”

Elçin Əliyevin dediyinə görə, pulu alanda Fuad Sədrəddinovun ona belə bir göstərişi də olub: “Tapşırdı ki, o biri MTN əməkdaşlarının yanında 100 min manat yox, 100 min dollar verdiyimi deyim. Onda başa düşdüm ki, qalan pulu özünə götürəcək”.
Şirkət rəhbəri bildirir ki, 100 min manatla canını qurtara bilməyib. Bundan sonra da Fuad Sədrəddinov ondan üç dəfəyə 13 min manat, 1500 avro pul alıb.
“Ofisdə axtarış aparanda kompüteri, telefon kitabçasını götürmüşdülər. Məndən birinci dəfə pulu alandan on gün sonra zəng eləyib restorana çağırdı, başladı kitabçada nömrələri olan adamlar haqda soruşmağa. Xahiş elədim ki, tanışlarımı incitməsinlər. Bundan ötrü də məndən pul istədi - 10 min manat. Ondan vaxt aldım, 10-15 gündən sonra 12 min 700 dolları aparıb ona verdim. O vaxt 10 min manat dollarla bu qədər idi. Yeni il ərəfəsində yenə Faiq Sədrəddinovdan zəng gəldi, bu dəfə bir başqa restorana çağırdı. Orada ona 1500 avro verdim. 2015-ci ildə də yenə həmin restoranda ona 3 min manat vermişəm”, – Elçin Əliyev ifadəsində bildirib.
“Toya görə 30 min borc almışdım, qaytara bilmədim”

Bu məsələ ilə əlaqədar prokurorluq Fuad Sədrəddinovu, ancaq şahid qismində dindirib. MTN əməkdaşı Elçin Əliyevin ofisində axtarış aparılmasını da, ondan pul almasını da inkar eləməyib. Deyib ki, “EGT EXPRESS” şirkətindən Praqadakı ofisə erməni Lilit Qriqoryana zəng getmişdi, bununla əlaqədar idarədə araşdırmalar başlanmışdı. O məsələ ilə əlaqədar E. Əliyev dindirilib və onunla münasibəti yaranıb. Maraqlıdır ki, ifadədə erməni ilə işbirliyinə dair araşdırmaların nəticəsi haqda heç nə yoxdur.
Şirkət rəhbəri ilə bir neçə dəfə görüşdüklərini təsdiqləyən F. Sədrəddinov deyir ki, 2015-ci ildə övladının toyuna görə ondan 30 min dollar borc alıb. Amma iş elə gətirib ki, çətinlikləri yaranıb, pulu qaytara bilməyib. Ona görə də hesab edir ki, Elçin Əliyev borcu qaytarmadığına görə onun haqqında qərəzli danışır.
Xatırlatma

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Onlar mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və daha bir neçə ağır maddəylə ittiham olunurlar. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • LİLİT QRİQORYANLA “FLİRT”… – Elçin Əliyevə 150 min dollara başa gəldi!

    LİLİT QRİQORYANLA “FLİRT”… – Elçin Əliyevə 150 ...

    11-01-2017, 00:28

  • 
  • MTN-də iki mühüm TƏYİNAT

    MTN-də iki mühüm TƏYİNAT ...

    27-10-2015, 22:21

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03

  • 
  • Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI

    Həbs edilən MTN-çilərin dəqiq adları və ...

    21-10-2015, 18:56

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu