Şəmkirdə bir neçə zəhərlənmə hadisəsi olub. Rayonun Kür qəsəbə sakini, 1983-cü il təvəllüdlü Yeganə Orucova kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Y. Orucovaya dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, qadın səhvən fosfor üzvi birləşməli kimyəvi məhlul içib və zəhərlənib. Rayonun Təzəkənd kənd sakini, 1995-ci il təvəllüdlü Turqay Səfərov da kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra 21 yaşlı gəncin vəziyyəti normallaşıb. T. Səfərovun istixanada kimyəvi məhlulla işləyən zaman zəhərləndiyi bildirilib. Şəmkirdə dəm qazından zəhərlənmə hadisəsi də qeydə alınıb. Rayonun Keçili kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Böyükkişiyeva dəm qazından ağır zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A. Böyükkişiyevaya dərhal tibbi yardım göstərilib, vəziyyəti ağırdır. A. Böyükkişiyeva yaşadığı evdə hamamda olarkən dəm qazından zəhərlənib.
Sorğu
Yeni dizaynımız necədir?