Bəzi saytlarda antiradarlar və balıq tutmaq üçün şok cihazı satılır. Bu cihazların istifadəsi qanunla qadağandır. İstifadə edən şaxslər barədə də ciddi cəza nəzərdə tutulub. Bəs görəsən həmin avadanlıqları satanları nə gözləyir? Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub. İstifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir. Kamran Əliyev deyir ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir. Saytlarda yerləşdirilən digər elan isə balıq tutmaq üçün istifadə edilən şok cihazı barədədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, bu cür cihazlar vasitəsilə balıq ovlamaq qadağandır. Həmin şəxsləri vurduğu zərərin miqyasından asılı olaraq həbs cəzası da gözləyir. Hüquqşünaslar bildirirlər ki, bu cihazların yuxarıda sadalanan təyinatlar üzrə istifadəsi qadağan edilsə də, satışına heç bir qadağa yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?