Bazar və supermarketlərdə “kənd yumurtası” adı ilə satılan yumurtalar saxtadır
Bu barədə Kayseri Yumurta İstehsalçıları Birliyinin başqanı İbrahim Afyon açıqlama verib. Afyon deyib ki, bəzi möhtəkirlər alıcıların “təbii yumurta üstü kirli, palçıqlı yumurtadır” inancından su-istifadə edir. Onun sözlərinə görə, işbazlar yumurta sexlərindən ucuz qiymətə aldıqları kirli yumurtanı “təbii məhsul” adı ilə bir neçə dəfə baha qiymətə alıcılara təklif edirlər.
Birlik başqanı deyib ki, üstü kirli, palçıqlı, samanlı yumurtalar əksinə, gigiyenik cəhətdən zərərlidir: “Həmin çirk qabıqdan içəri keçə bilər. Ona görə də alıcılar paketlənmiş, təmiz yumurtalar alsınlar”.
İ.Afyon bildirib ki, sex yumurtası daha sağlıqlı və faydalıdır: “Kənd yumurtası” adlı ilə satılan o məhsuların fabrik yumurtasından fərqi yoxdur, əksinə sex yumurtası daha sağlıqlı və gigiyenikdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?