Fevralın 5-də Dağlıq Qarabağdakı separatçı rejim əsir götürülən Elnur Hüseynzadə barəsində iki aylıq həbs qərarı çıxarıb. APA-nın məlumatına görə, məhkəmə iclası qapalı keçirilib.
Bundan öncə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, seperatçıların əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə müvafiq beynəlxalq təşkilatların Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin Talış kəndi istiqamətində seperatçılar tərəfindən saxlanılması barədə məlumatlandırıldığını və onun azadlığa buraxılması üçün müvafiq addımların atıldığını bildirib.
E.Hüseynzadə fevralın 1-də Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma zamanı əsir götürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?